Əfqanıstan Mərkəzi Bankı hesablardan həftədə 200 dollardan çox pul çıxarmağı qadağan edir
Əfqanıstan Mərkəzi Bankı, ölkədəki bütün banklara müştərilərin şəxsi hesablarından həftədə 200 dollar (təxminən 2 min Əfqanıstan əfqanisi) məbləğində pul çıxarmağa limit tətbiq etməyi əmr edib.
Marja xəbər verir ki, bu barədə bazar günü yerli "Hama Press" agentliyi tənzimləyiciyə istinadən məlumat yayıb.
Bu qərarın müvəqqəti olduğu və ölkədəki maddi çətinliklər fonunda verildiyi qeyd edilib. Bundan əlavə, Mərkəzi Bank bütün bankları işlərini bərpa etməyə çağırıb və eyni zamanda şirkət sahiblərinə elektron köçürmələrin mümkünlüyünü xatırladıb.
Şənbə günü bir neçə yüz adam Mərkəzi Bank da daxil olmaqla bankların və ölkə daxilində valyuta dəyişmə məntəqələrinin bağlanmasına etiraz olaraq Kabul küçələrinə çıxıb. Aksiya iştirakçılarının çoxu hesablarında olan vəsaitlərinin heç olmasa bir hissəsinin onlara verilməsini tələb ediblər.
Maliyyə qurumlarının sahibləri Mərkəzi Bank açılana qədər əvvəlki rejimdə işlərini davam etdirə bilməyəcəklərini bildiriblər.
Əfqanıstanda hakimiyyəti ələ alan Taliban hərəkatı 25 avqustdan etibarən ölkədəki bütün bankların işini bərpa etdiyini açıqlasa da, Əfqanıstanda demək olar ki, bütün maliyyə qurumları bağlı olaraq qalır və bir çox işçilər təhlükəsizlik baxımından işlərinə qayıtmayıblar.
14 Apreldə ABŞ Prezidenti Co Bayden Əfqanıstanda əməliyyatı dayandırmaq qərarını açıqlayıb. Bundan sonra, Taliban ölkə üzərində nəzarəti ələ keçirmək üçün genişmiqyaslı əməliyyata başlayıb və 15 avqustda Kabula döyüşsüz girib. Əfqanıstan Prezidenti Əşrəf Qani ölkəni tərk edib. Vitse-prezident Amrullah Saleh, dövlət başçısının olmadığı təqdirdə, konstitusiyaya görə ölkə başçısı vəzifəsini müvəqqəti icra etdiyini söyləyib və taliblərə silahlı müqavimət göstərməyə çağırıb. Pəncir əyalətində məşhur səhra komandiri Əhməd Şah Məsudun (1953-2001) oğlu Əhməd Məsudun rəhbərlik etdiyi dəstə Talibana qarşı çıxır. Qərb ölkələri vətəndaşlarını və səfirlik işçilərini Əfqanıstandan çıxarırlar.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
9 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























