Uşağı olan işçinin təminatları
Hər bir işçi qanunvericiliklə müəyyən edilmiş hüquq və vəzifələrə malikdir. Bu yazımızda övladı olan işçilər üçün nəzərdə tutulmuş təminatlar barədə bəhs etməyə çalışacağıq. Ailə işçilərin təminatlarından bəzilərini nəzərinizə çatdırırıq:
1) İxtisar halı. Öhdəsində 2 və daha çox 16 yaşınadək uşağı olan işçilərin eyni ixtisas və peşəkarlıq səviyyəsi olan digər işçilərə münasibətdə işdə saxlanmağa hüququ var.
2) Müqavilə ləğvi. Müəssisə ləğvi və müqavilə müddətinin bitməsi halından başqa 3 yaşınadək uşağı olan qadınlar, 3 yaşınadək uşağı təkbaşına böyüdən kişilərlə, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək (6 yaş) uşağı təkbaşına böyüdən və ya öhdəsində sağlamlıq imkanı məhdud 18 yaşınadək uşağı olan işçilərlə digər əsaslar üzrə əmək müqaviləsi ləğv edilə bilməz.
3) İş saatı. Yaş yarımadək uşağı olan qadınların və 3 yaşınadək uşağı təkbaşına böyüdən işçilərin həftəlik iş saatı 36 saatdan çox olmamalıdır. Bununla yanaşı xroniki xəstəliyi olan, 14 yaşınadək uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlara öz ərizələri ilə natamam iş vaxtı müəyyən edilə bilər. Onu da qeyd edək ki, 3 yaşınadək uşağı olan qadınların gecə vaxtı, istirahət, bayram, iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə yol verilmir. 3-14 yaşınadək yaxud sağlamlıq imkanı məhdud uşağı olan qadınların isə iş vaxtından artıq, bayram, istirahət günlərində işə cəlb edilməsinə yalnız onların razılığı ilə yol verilir. Yaş yarıma çatmamış uşağı olan qadın işçilərə yedizdirmə üçün əlavə fasilələr də verilməlidir.
4) Məzuniyyət. 14 yaşınadək uşağı olan qadınlara əlavə 2, bu yaşda 2 və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanı məhdud uşağı olan qadınlara əlavə 5 gün məzuniyyət hüququ verilir. Uşağa bilavasitə qulluq edən valideyn 3 yaşınadək uşağa qulluğa görə qismən ödənişli məzuniyyətə çıxa bilər. Həmçinin 14 yaşınadək 2 və daha çox uşağı olan, yaxud sağlamlıq imkanı məhdud uşağı olan qadınlara məzuniyyət onların istəyi ilə əlverişli olan istənilən vaxt üçün verilə bilər.
5) Vergi. Daimi qulluq tələb edən sağlamlıq imkanı məhdud 18 yaşınadək uşağına baxan və onunla birlikdə yaşayan valideynlərdən birinin vergi tutulmalı olan aylıq gəliri 200 manat həcmində gəlir vergisindən azaddır. Həmçinin qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində gəlir vergisindən azaddır.
Müəllif: Şəhriyar Həbilov
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 saat əvvəl
-
6 saat əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
7 saat əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
-
1 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
1 gün əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
1 gün əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Son Xəbərlər
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Ən çox oxunanlar
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!






















