Payızda İsrail aviaşirkətləri Azərbaycana uçuşları bərpa etməyi planlaşdırır
Avqustun 25-də "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərovun İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diklə ikitərəfli görüşdə ölkələr arasında, o cümlədən mülki aviasiya sahəsində qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilib.
Bu barədə Marja səfirliyə istinadən xəbər verir.
AZAL rəhbərliyi qeyd edib ki, COVID -19 pandemiyası səbəbindən bağlanan iki ölkə arasındakı hava sərhədləri açıldıqdan sonra, “Azərbaycan Hava Yolları” həftədə iki dəfə - cümə axşamı və bazar günləri Bakı ilə Təl-Əviv arasında uçuşlar həyata keçirir.
Corc Dik, öz növbəsində, vurğulayıb ki, bu payız İsrail aviaşirkətləri “ISR Air” və “Arkia Airlines” Azərbaycana uçuşları bərpa etməyi planlaşdırır.
Tərəflər, karantin məhdudiyyətlərinin yumşaldılması və epidemioloji vəziyyətin yaxşılaşması ilə İsrail və Azərbaycan arasında sərnişin axınının və yük daşımalarının artırılması imkanının nəzərdən keçiriləcəyinə əmin olduqlarını bildiriblər.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























