Volvo şirkəti Çinin yük maşınları istehsalçısını alır
İstehsal 2022-ci ilin sonunda başlamalıdır və onun həcmi ildə 15 min yük maşını olacaq.İsveçin avtomobil istehsalçısı "Volvo Trucks" Çində öz markası ilə yük maşınlarının istehsalına başlamaq üçün Çinin "JMC Heavy Duty Vehicle" (JMC) şirkətini alır.
Marja "Volvo Trucks"ın yaydığı məlumata istinadən xəbər verir ki, artıq tərəflər arasında müvafiq razılıq əldə olunub.
Dövlətə məxsus "Jiangling Motors" şirkətinin törəməsi olan "JMC Heavy Duty Vehicle"ın alqı-satqısı məbləği təxminən 800 milyon yuan (təxminən 125 milyon dollar) təşkil edəcək.
"Volvo Trucks", "JMC Heavy Duty Vehicle"ın Çinin Shanxi əyalətinin Taiyuan şəhərində yerləşən istehsal sahəsində yeni Volvo FH, Volvo FM və Volvo FMX modellərini yığmağı planlaşdırır.
İstehsal 2022-ci ilin sonunda başlamalıdır və onun həcmi ildə 15 min yük maşını olacaq.
"Volvo Trucks" Çin bazarında 1934-cü ildən fəaliyyət göstərir. Son bir neçə ildə e-ticarət də daxil olmaqla logistika xidmətlərinin güclü artımı ölkədə Volvo yük maşınlarının satışının artmasına səbəb olub. 2020-ci ildə 4500-dən çox ağır Volvo yük maşını idxal edilərək Çindəki müştərilərə çatdırılıb. "Volvo Group" uzunmüddətli strategiyasına uyğun olaraq, "Volvo Trucks"ın istehsal fəaliyyətilə Çində fəaliyyətini genişləndirir.
2020-ci ildə Çində ümumi yük maşını satışları illik müqayisədə 13.7% artaraq 1,62 milyon ədədə çatıb. Bu göstəriciyə görə Çin dünyada birinci yerdədir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























