Xaricdən mal gətirib satan fiziki şəxslərin sayı 10 mindən çox artıb
7 mindən çox şirkət, 32 mindən çox fiziki şəxs xarici ticarət fəaliyyətilə məşğuldur.Azərbaycanda idxal və ixrac əməliyyatları ilə məşğul olanların sayı artır.
Marja Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin 7 ayında xarici ticarət iştirakçılarının sayı 39 min 516 şəxs olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 min 528 şəxs çoxdur. 2020-ci ilin 7 ayında xarici ticarət iştirakçılarının sayı 28 min 988 şəxs olmuşdu.
Hüquqi şəxs olan xarici ticarət iştirakçılarının sayı 520 şəxs artaraq 7 min 290 şəxsə, fiziki şəxs olan xarici ticarət iştirakçılarının sayı isə 10 min 8 şəxs artaraq 32 min 226 şəxsə yüksəlib. Ötən ilin 7 ayında 6 min 770 hüquqi, 22 min 218 fiziki şəxs xarici ticarət iştirakçısı idi.
Qeyd edək ki, fiziki şəxs xarici ticarət iştirakçılarının rəsmiləşməsinə limitlərin artırılması və qaydaların təkmilləşdirilməsi də səbəb olub.
Qeyd edək ki, 2020-ci ilin 12 ayı ərzində xarici ticarət iştirakçılarının sayı 45 min 462, o cümlədən fiziki şəxslərin sayı 37 min 211, hüquqi şəxslərin sayı 8 min 251 olmuşdu.
Xarici ticarət iştirakçılarının sayı (2021-ci ilin yanvar-iyul dövrü)

Xarici ticarət iştirakçılarının sayı (2020-ci ilin yanvar-iyul dövrü)

Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
12 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"




















