PAŞA Həyat və Bakı Dövlət Universiteti arasında Əməkdaşlıq Sazişi imzalanıb
“PAŞA Həyat Sığorta” ASC və “Bakı Dövlət Universiteti” arasında gənclərin peşəkar inkişafına yönəldilmiş tədbirlərin təşkilinə dair Saziş imzalanıb. Tərəflər arasında əməkdaşlıq onların fəaliyyət sahələri və səlahiyyətləri çərçivəsində olan məsələləri əhatə edir.
23 avqust tarixində imzalanmış Əməkdaşlıq haqqında Saziş təhsil sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi, universitetin tələbələrinin təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması, bu istiqamətdə sıx inteqrasiyanın təmin edilməsi üzrə səylərin birləşdirilməsi məqsədini daşıyır.
Eyni zamanda, ali məktəbin tələbə kontingenti üçün Şirkət tərəfindən müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyalarının, tələbələr üçün sınaq iş müsahibələrinin keçirilməsi, istehsalat və ya könüllü təcrübə proqramlarının təşkil olunması və şirkətin əməkdaşlarının ali məktəbdə qonaq spiker qismində çıxış etməsi, habelə zərurət olduqda onların tədris fəaliyyətinə cəlb edilməsi planlaşdırılır.
Sazişdə Şirkət tərəfindən müəyyənləşdirilmiş kateqoriyalara məxsus tələbələrin sertifikasiya və ya digər təhsil xərclərinə sponsorluq edilməsi, universitet tərəfindən irəli sürülən layihələrə birgə dəstəyin verilməsi və tələbələrin peşə təcrübəsinin artırılması ilə bağlı olan tədbirlərin həyata keçirilməsi öz əksini tapır. Əməkdaşlıq sazişində ali məktəb tələbələrinin Şirkətin təşkilatçılığı ilə Şirkətin ofis binasına və ya başqa məkanlara turların, habelə digər informativ ekskursiyaların, müxtəlif müsabiqələrin təşkil edilməsi də nəzərdə tutulur. Bütün bunlar “PAŞA Həyat”ın işəgötürən brendinin gücləndirilməsi istiqamətində atılan addımlardır.
Əməkdaşlıq sazişini Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və “PAŞA Həyat Sığorta” ASC-in İdarə Heyətinin sədri Niyaz İsmayılov imzalayıblar. Bu memorandum müddətsiz olaraq bağlanılıb.
“Biz uzun müddətdir ki, PAŞA Holding daxilində şirkətlərlə əməkdaşlıq edirik. Bir sıra layihələr həyata keçiririk. Təhsil sahəsində yeni və gələcəyə fokuslanan istiqamətləri inkişaf etdirməyə çalışırıq. Ümid edirik ki, bu saziş həm bizə, həm PAŞA Həyat şirkətinə faydalı olacaq”, – deyə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib.
“PAŞA Həyat Sığorta” ASC-nin idarə heyətinin sədri Niyaz İsmayılov isə vurğulayıb ki, - “PAŞA Həyat şirkətində biz hər zaman kadrlara xüsusi diqqət ayırırıq. İndiki strateji dövr şirkətimiz üçün rəqəmsallaşma dövrüdür. Bu istiqamətdə bizə çoxlu yeni nəfəs verəcək əməkdaşlar lazımdır. Bakı Dövlət Universitetinin tələbələrinə şirkətimizdə təcrübə keçməyə imkan yaradacağıq, biliklərimizi bölüşəcəyik. Bu sazişin həm də ölkəmiz üçün faydalı olacağına inanıram.”
Lider sığorta şirkəti - “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2020-cu il tarixinə şirkətin nizamnamə kapitalı 40,250 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, “Yığım tərkibli yaşam sığortası” məhsullarını təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
11 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
11 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























