Əfqanıstana məxsus 22 hərbi təyyarə və 24 helikopter Özbəkistan sərhədini qeyri-qanuni keçib
Avqustun 14-dən bu günədək Əfqanıstanın 22 hərbi təyyarəsi və 24 hərbi helikopter Özbəkistanın Surxandərya vilayətindən qeyri-qanuni yolla sərhədi keçib. 585 hərbçinin olduğu təyyarə və helikopterlər məcburi Termez beynəlxalq aeroportuna endirilib. 158 mülki şəxs və hərbçi isə Amudərya çayı üzərindəki körpüdən Özbəkistan ərazisinə girib.
Özbəkistanın Baş Prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumata görə, üç “Embraer-314” əfqan hərbi təyyarəsi Xanabad aeroportuna enməyə icazə istəyib. Bu təyyarələrə Termez hava limanına enməyə icazə verilib. Özbəkistan Hərbi Hava Qüvvələrinin iki MiG-29 təyyarəsi onları izləyib. Ehtiyatsızlıq üzündən bir “Embraer-314” təyyarəsi Özbəkistanın MiG-29 təyyarəsi ilə toqquşub. Təyyarələrin pilotları paraşütlə özlərini atıb.
Ümumiyyətlə avqustun 14-16-da Özbəkistan sərhədini hava və quru yolla 743 hərbçi və mülki şəxs keçib. Bütün bu faktlarla bağlı Özbəkistanın Baş prokurorluğu cinayət işi açıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
9 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























