Dollar/TL məzənnəsində rekordun yenilənəcəyi gözlənilir
Türk Lirəsinin daha da ucuzlaşacağı proqnozu verildiİsveçrə bankı və maliyyə xidmətləri şirkəti "Credit Suisse"ın iqtisadçıları Türkiyə Mərkəzi Bankının (TCMB) Avqust yığıncağında faizi endirməsi ya da faiz endirimi üçün Sentyabra işarə etməsi vəziyyətində qısa müddətdə ABŞ dolları/TL (Türk Lirəsi) məzənnəsinin 8,80-i test edə biləcəyini nəzərdə tuturlar.
Bazarlar Türkiyə Mərkəzi Bankının faiz qərarına fokuslanıblar, xarici təşkilatlar da fərqli ssenarilər irəli sürürlər.
Marja xəbər verir ki, "Credit Suisse"ın analitikləri hazırladıqları dollar/TL analizində qısa müddətdə məzənnənin 8,30 səviyyələrinə doğru düşməsinin mümkün görünmədiyini qeyd ediblər.
Analitiklər qarşıdakı günlərdə dollar/TL məzənnəsinin 8,45-8,50 səviyyəsinə geriləyə biləcəyini, ancaq TCMB-nin Avqust yığıncağında pul siyasəti faizini endirməsi ya da bazarlarda Sentyabr ayında bir faiz endirimi gözləntisi yaradacaq işarələr verməsi vəziyyətində, məzənnədə iyun ayında görülən bütün zamanların ən yüksək səviyyəsi olan 8,80-lərə çıxa biləcəyini proqnozlaşdırırlar.
"Credit Suisse" analitikləri 3-cü rübün sonu üçün dollar/TL üzrə 9,10 olan proqnozunu dəyişdirməyiblər.
Türkiyə Mərkəzi Bankı faiz qərarını sabah (12 Avqust) açıqlayacaq.
BAZAR FAİZİN DƏYİŞDİRİLMƏYƏCƏYİNİ GÖZLƏYİR
Bloomberg-in 23 təşkilatla apardı sorğuya görə, TCMB Avqust yığıncağında hər hansı bir dəyişikliyə getməyərək; pul siyasəti faizini 19% səviyyəsində sabit saxlayacaq. İl sonunda isə faizin 18%-ə düşəcəyi proqnozlaşdırılır.
ƏRDOĞAN MƏRKƏZİ BANKIN AVQUSTDA FAİZ AZALDACAĞINA İŞARƏ ETMİŞDİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, avqust ayından etibarən inflyasiyada azalma başlayacağını söyləyərək, "Mən siqnalımı müəyyən yerlərə hər halda vermiş oluram, bundan belə inflyasiyanın daha yuxarı çıxması mümkün deyil, çünki faiz nisbətlərində də enişə keçirik", - demişdi.
Canlı verilişdə sualları cavablayan Ərdoğan, "Yüksək faiz yoxdur. Çünki yüksək faiz bizə yüksək inflyasiyanı gətirəcək. Amma aşağı faiz bizə aşağı inflyasiyanı gətirəcək. Avqust ayı qırılma nöqtəsidir və inşallah Avqust ayından etibarən artıq biz aşağı inflyasiyaya keçəcəyik", bildirmişdi.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 6 saat sonra
-
- 6 d. əvvəl
- 16 d. əvvəl
-
23 d. əvvəl
Zirvəyə Doğru aparan yol: Qusarda Müstəqillik Gününə həsr olunmuş beynəlxalq yarış keçiriləcəkdir
- 32 d. əvvəl
- 38 d. əvvəl
-
55 d. əvvəl
Qlobal smartfon bazarının bu il təxminən 13 faiz kiçiləcəyi gözlənilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan şirkəti 118-ci mağazasını istifadəyə verib
Zirvəyə Doğru aparan yol: Qusarda Müstəqillik Gününə həsr olunmuş beynəlxalq yarış keçiriləcəkdir
Elektron Büdcə Bələdçisi portalı istifadəyə verilib
Azərbaycan neftinin son qiyməti
İctimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə güzəştlərin tətbiq olunması təklif edilir
Rəsmi məzənnələr açıqlandı
27 fevraldan 1 marta qədər - Endirimli qiymətlər faizsiz və komissiyasız 18 aya bölünəcək
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
eBay 800 əməkdaşını işdən azad edəcək




















