Sinqapur iqtisadiyyatı ilin ilk yarısında 7.7% artıb
Sinqapurun iqtisadi inkişaf tempi ilin ilk yarısında 7,7% əşkil edib, ilin sonuna ÜDM 7% arta bilər. Marja xəbər verir ki, bu barədə respublikanın Ticarət və Sənaye Nazirliyinin çərşənbə günü yayılan hesabatında deyilir.
"Koronavirus ilə bağlı vəziyyət sabitləşdikcə və əhalinin peyvəndlənməsi proqramı həyata keçirildiyi üçün, hökumət, əsasən ixraca yönəlmiş sektorların dəstəyi ilə ilin ikinci yarısında daha da iqtisadi canlanma gözləyir",- hesabatda bildirilir.
Hesabatda, "illik müqayisədə respublikanın ÜDM-nin ikinci rübdə 14,7% artdığı" qeyd olunur. Eyni zamanda, Ticarət və Sənaye Nazirliyi "keçən ilin eyni dövründə iqtisadiyyatın 13,3% azaldığını" xatırladıb.
Sənəddə göstərilib, "bu ilin ikinci rübündə sənaye sektoru 17,7%, inşaat sektoru 106,2%, pərakəndə sektor 50,7% artıb".
Ticarət və Sənaye Nazirliyi ilin sonunda iqtisadi artım tempi ilə bağlı proqnozu yuxarıya doğru yenidən nəzərdən keçirib. Hökumət mütəxəssislərinin fikrincə, bu rəqəm 6-7% arasında dəyişəcək. May ayında hökumət nümayəndələri qeyd etmişdilər ki, Sinqapurun ÜDM -i 4% - 6% artacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
6 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 7 saat əvvəl
-
7 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"





















