Coğrafiya İnstitutuna yeni baş direktor təyin olunub
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutuna yeni baş direktor təyin olunması ilə əlaqədar tədbir keçirilib.
AMEA-nın vitse-prezideni, akademik İbrahim Quliyev İnstitutun “İnsan coğrafiyası” istiqamətinin rəhbəri, coğrafiya elmləri doktoru Zakir Eminovun Coğrafiya İnstitutuna baş direktor təyin olunduğunu elan edib.
Səbəbkarın elmi-təşkilati fəaliyyəti haqqında iclas iştirakçılarına məlumat verən akademik qeyd edib ki, Z.Eminov uzun illər Azərbaycanda demoqrafiya məsələləri və urbanizasiyanın inkişafı sahəsində geniş tədqiqatlar aparıb, Azərbaycan Respublikasında və keçid dövründə olan digər ölkələrdə əhalinin sosial-demoqrafik vəziyyəti, əmək ehtiyatlarından istifadə, yaşayış məntəqələrinin inkişafı, aparılan iqtisadi islahatlar, onların bu proseslərə təsiri məsələlərini öyrənib. O, Azərbaycanda əhalinin məskunlaşmasının iqtisadi və sosial-demoqrafik problemlərinə dair 90-a qədər elmi məqalə və tezisin, 10 monoqrafiyanın, 10-a qədər kitabın müəllifidir. Elmi əsərləri ABŞ, Böyük Britaniya Rusiya Federasiyası, Ukrayna, Özbəkistan, Qazaxıstan, Bolqarıstan, Rumıniya və s. ölkələrdə çap edilib.
“Azərbaycan Respublikası Milli Atlasının” hazırlanmasında yaxından iştirak edən Z.N.Eminov iqtisadi, sosial və demoqrafik məzmunlu xəritələrin tərtibçilərindən biri və 17-yə qədər xəritənin müəllifidir.
Z.N.Eminov coğrafiyanın tədrisi və onun geniş oxucu kütləsi arasında təbliği üçün xeyli işlər görüb, böyük həcmli kitablar və dərsliklər hazırlayıb. O, orta ümumtəhsil məktəbləri üçün tədris vəsaiti kimi nəzərdə tutulan iri həcmli “Coğrafiya ensiklopediyası” ikicildliyinin müəllifidir.
Pedaqoji fəaliyyətlə yaxından məşğul olan Z.Eminov Bakı Dövlət və Azərbaycan Pedaqoji Universitetlərində ixtisası üzrə mühazirələr oxuyur, seminar məşğələləri aparır. Hazırda 1 nəfər elmlər doktoru dissertasiyasına, 5 fəlsəfə doktoru üzrə dissertanta, 5 doktoranta elmi rəhbərlik edir. İndiyə qədər onun elmi rəhbərliyi ilə 4 nəfər coğrafiya üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir.
“Azərbaycan Respublikasının coğrafiyası” adlı üçcildlik fundamental əsərin əsas müəlliflərindən biri kimi 2016-cı ildə elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülüb.
Təqdimatının sonunda İ.Quliyev Zakir Eminovu yeni vəzifəsi ilə əlaqədar təbrik edib və ona bu çətin, məsuliyyətli və şərəfli işdə böyük nailiyyətlər arzulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
12 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
12 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























