“AZAL” IATA Travel Pass tətbiqini sınaqdan keçirməyə başlayır
Uçuşqabağı rəsmiyyətlər daha az vaxt aparacaqdır.Cari ilin avqust ayında Azərbaycanın milli aviadaşıyıcısı daha çox tələbat olan reyslərində IATA Travel Pass tətbiqini sınaqdan keçirəcəkdir.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin yaydığı məlumata görə, IATA Travel Pass tətbiqi - smartfonlarda quraşdırılmış və koronavirus infeksiyası üçün test nəticələri, habelə gələcəkdə peyvəndləmə barədə məlumatlar da daxil olmaqla, sərnişinin sağlamlığı haqqında uçuş üçün lazım olan bütün məlumatları ehtiva edən bir növ rəqəmsal səyahət sənədidir. Tətbiq sayəsində uçuşqabağı rəsmiyyətlər daha az vaxt aparacaqdır.
IATA Travel Pass tətbiqini ilk olaraq aşağıdakı reyslərin sərnişinləri sınaqdan keçirə biləcəklər:
- AZAL - Bakı-İstanbul-Bakı (GYD-IST-GYD)
- AZAL - Bakı-Moskva-Bakı (GYD-DME-GYD)
- Buta Airways - Bakı-İstanbul-Bakı (GYD-SAW-GYD)
- Buta Airways - Bakı-Jukovski-Bakı (GYD-ZIA-GYD)
Qeyd edilən reyslərdə sınaq müvəffəqiyyətlə keçdiyi təqdirdə, gələcəkdə aviaşirkət bu proqramın daimi əsasda tətbiqini nəzərdən keçirəcəkdir.
Tətbiqin xidmətləri Azərbaycandan bu reyslərlə uçan bütün sərnişinlər və ölkəyə gələn Azərbaycan vətəndaşları üçün mümkün olacaqdır.
IATA Travel Pass tətbiqi vasitəsilə rəqəmsal pasportu təqdim edən sərnişinlərə qeydiyyat masasında prioritet qaydada xidmət göstəriləcək, habelə onlar Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhəd nəzarətindən prioritet qaydada keçid xidmətlərindən (Fast Track) istifadə edə biləcəklər.
IATA Travel Pass tətbiqindən istifadəyə görə bonus olaraq, AZAL və Buta Airways reyslərində tətbiqin sınaqdan keçirilməsində iştirak edən AZAL Miles bonus proqramının hər bir iştirakçısına əlavə 250 bonus mili hesablanacaq.
Cari ilin may ayında AZAL və IATA Azərbaycanda IATA Travel Pass tətbiqinin istifadə imkanlarını müzakirə etmişdilər. Mobil əlavənin tətbiqi sərhədlərin təhlükəsiz açılmasına və aviasiya sərnişin axınının COVID-19 pandemiyasınadək mövcud olan göstəricilərə qədər bərpasına kömək edəcəkdir.
iOS (13.2 və daha yüksək versiyası) və Android (6.0 və daha yüksək versiyası) bazasında mobil cihazlar üçün IATA Travel Pass tətbiqini aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz:
• Apple AppStore: https://apps.apple.com/us/app/iata-travel-pass/id1533417649
• Google Play: https://play.google.com/store/apps/details?id=org.iata.tpa
Qeyd etmək lazımdır ki, IATA Travel Pass tətbiqi sərnişinlərin fərdi məlumatlarının icazəsiz istifadədən qorunması nəzərə alınmaqla hazırlanmışdır. Şəxsi məlumatlar IATA serverlərində və ya digər bulud xidmətlərində saxlanılmır ki, bu da onların sızma riskini minimuma endirir.
Tətbiqin istifadəsinə dair ətraflı təlimat aviaşirkətin internet saytında təqdim olunmuşdur: https://www.azal.az/az/information/iata-travel-pass
IATA Travel Pass tətbiqinin necə işlədiyi barədə qısaca olaraq bu videoda tanış ola bilərsiniz:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
30 d. əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
Ən çox oxunanlar
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı






.jpg)
.jpg)





.jpg)







