“Banketnaya” içkilərinin Bərdədə saxta üsullarla hazırlandığı aşkar edildi
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bərdə rayonu, S. Zöhrabbəyov küçəsi 152 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Arzu İsax oğluna məxsus “Elit şərab evi” müəssisəsində baxış keçirilib.
Yoxlama zamanı müəssisədə qanunsuz fəaliyyətin həyata keçirildiyi aşkar olunub.
Belə ki, müəssisədə qanunazidd olaraq saxta üsulla müxtəlif brend markalı (“Banketnaya” nişanlı Yubiley, “Banketnaya” nişanlı Premium və “ Zolotoe Kolço” nişanlı) alkoqollu içkilərin hazırlandığı və satışının həyata keçirildiyi müəyyən olunub.
Reyd zamanı saxta üsullarla hazırlanan 0.7 litrlik, 1 litrlik, 0.5 litrlik şüşə butulkalarda qablaşdırılmış, ümumi çəkisi 40.7 litr olan alkoqollu içkilər Agentlik əməkdaşları tərəfindən müsadirə edilərək götürülüb və satış şəbəkələrinə daxil olmasının qarşısı alınıb. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























