Otellərə bu pulu verməkdənsə, pəncərədən şəhəri seyr edin!
“Otellərin sahiblərinə Marksın “Kapital” əsərini bir də oxumağı tövsiyə edirəm”.
Yeni ildə bir neçə gün iş olmayacaq. Bundan istifadə edən paytaxt sakinləri istirahət üçün bölgələrə üz tutmaq planları qurur. Biz də Bakı sakinlərinin hara gedə biləcəyini araşdırmağa çalışdıq. Və belə nəticəyə gəldik ki, paytaxtın əksər sakini evinin pəncərəsindən şəhəri seyr etsə, daha yaxşıdır. Çünki qiymətlər harasa istirahətə getməyə heç də münasib deyil.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müavini Müzəffər Ağakərimov da bu fikirdədir.
“Yeni il bayramı ərəfəsində bir neçə günlük qış tətilini keçirmək üçün yerli turistlər əsasən Azərbycanın bölgələrinə üstünlük verir”, - deyən ekspertin sözlərinə görə, artıq otellərdə yerlər dolub, yerli əhali üstünlük təşkil edir. Bunun əsas səbəblərindən biri digər ölkələrdək təhlükəsizliyin şübhə altında olmasıdır: “Heç kim bir neçə günlük tətil üçün ailəsini və özünü həyatını təhlükəyə atmaq istəmir. Bu da əslində daxili turizmin inkişafı üçün müsbət haldır”.
Lakin M.Ağakərimov hesab edir ki, gələn turistləri qoruyub saxlamaq və xarici turistlərin sayını artıqmaq üçün qiymət siyasəti dəyişməlidir: “Bu gün qış turizmi üçün əlverişsiz bölgələrdə otel qiymətləri ucuzdur. Lakin indi qış turizmi üçün aktual olan bölgələr - Şamaxı, Qəbələ, Qusar, Şəki, Qax, Qubadır. Bu bölgələrdə bir nəfərin bir günlük otel qiyməti minimum 80-90 manat civarındadır. Bir nəfərin 3-4 günlük istirhəti 700-800 manat civarında dəyişir. Hesab edirəm ki, qiymətlər bahadır. Çünki qiymət siyasəti düzgün qurulmayıb. Qiymət maya dəyəri və onun əlavə xərclərinə əsasən hesablanır. Lakin bu gün bizdə maya dəyəri 300-400 faiz artıq qiymət müəyyən edirlər. Bu sahibkar və menecmentlərə Marksın “Kapital” əsərini bir də oxumağı tövsiyə edirəm”.
Ekspert hesab edir ki, regionlarda və Bakıda 1-2 ulduzlu otellər, hostellər inşa edilməyənə qədər qiymət məsələsi hər zaman gündəmdə olacaq:
“Çünki 1-2 ulduzlu otellər yaradılandan sonra bazarda rəqabət artacaq nəticədə insanlar nisbətən ucuz otellərə üz tutacaq. 4-5 ulduzlu otellər məcbur qalıb endirim edəcək, əks halda onlar boş qalacaq. Hələ ki, onlar yoxdur, ona görə də qiymətlər belə bahadır. Turist cəlb etməyin digər yolu da yaxşı xidmətdən keçir. Hansı oteldə xidmət səviyyəsi yaxşı qurulub, idarəçilik düzgün aparılır o otellərdən müştərilər razı qalır. İstirahətçün qiymətlər baha olsa da, otellərdə yerlər dolub. Düzdür, əsasən yerli tursitlər üstünlük təşkil edir, ərəb ölkələrindən gələnlər də var. Aztəminatlı insanlar istirahət üçün Quba, Qusar zonasını seçə bilərlər. Əgər istirahət üçün qiymətlər bahadırsa, ən yaxşısı evdə oturmaqdır”.
© Publika.az
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
41 d. əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
- 50 d. əvvəl
-
- 57 d. əvvəl
-
1 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İri bank 2027-ci ilin ortalarına qədər qızılın bir unsiyasının qiymətinin 5100 dollara çatacağını proqnozlaşdırır
"Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
İDEAL KREDİT BOKT-da işçi sayı il ərzində 67 faiz artıb
Lizinq şirkəti BOKT yaradır
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Ən çox oxunanlar
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
























