“Chevron BTC Pipeline” Azərbaycandakı nümayəndəliyini bağlayır
“Chevron BTC Pipeline” şirkəti Azərbaycandakı nümayəndəliyinin ləğv edildiyini elan edib.
Marja xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilir.
““Chevron BTC Pipeline” şirkətinin ləğvi ilə əlaqədar kreditorların tələbləri iki ay ərzində Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 11, mənzil 28, 29, 30 ünvanında qəbul olunur”, - deyə məlumatda bildirilir.
Hazırda “Chevron” Azərbaycanda heç bir layihədə iştirak etmir.
Bundan əvvəl şirkət “Azəri”, “Çıraq” və “Dərinsulu Günəşli” yataqlarının işlənməsi və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri layihələrinin səhmdarı olub.
“Chevron” 4 noyabr 2019-cu il tarixində Macarıstanın MOL şirkəti ilə Azərbaycandakı aktivlərinin 1,57 milyard dollara satılması haqqında saziş imzalayıb. Söhbət AÇG layihəsindəki 9,57% və BTC layihəsindəki 8,9% payın satışından gedir. Sövdələşmə 2020-ci il aprelin 16-da başa çatdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 32 d. əvvəl
- 52 d. əvvəl
-
-
14 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
16 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
17 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
Ən çox oxunanlar
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur

























