Vyetnamın ixracı 28,4% artaraq 157,63 milyard dollara yüksəlib
2021-ci ilin ilk altı ayında Vyetnamın xarici ticarət gəlirləri (ixracı) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28,4% artaraq 157,63 milyard dollar təşkil edib.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi günü Respublikanın Dövlət Statistika Komitəsi (GSO) məlumat yayıb.
Məlumata görə, 2021-ci ilin ilk yarısında Vyetnam ixracında hər birinin ixrac həcmi 10 milyard dolları keçən beş mal kateqoriyası olub. Ölkənin ən çox ixrac etdiyi mallar - mobil telefonlar və onlar üçün komponentləri (25,1 milyard dollar), kompüter və elektronika məhsulları (23,7 milyard dollar), avadanlıq, maşın və ehtiyat hissələri (17 milyard dollar), geyim və tekstil məhsulları (15,2 milyard dollar) və ayaqqabılardır (10,4 milyard dollar). Bu beş kateqoriyadan malların xaricə satışları 2021-ci ildə respublikanın ixrac gəlirlərinin 58% -ni təşkil edib.
2021-ci ilin ilk yarısında Vyetnam ən çox ABŞ, Çin, Avropa Birliyi, ASEAN (Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası), Koreya Respublikası və Yaponiyaya mallar ixrac edib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
5 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























