Nazir: "Özəl sektor üzrə sosial sığorta daxilolmalarında artım tendensiyası davam edib"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən əhalinin sosial müdafiəsinin bütün istiqamətləri üzrə maliyyə təminatı normal səviyyədə həyata keçirilir. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.
Nazir qeyd edib ki, cari ilin 11 ayında Fondun büdcəsinin gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 9% və ya 235 mln. manat artaraq 2,9 mlrd. manata çatıb: "Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4% və ya 103 mln. manat artmaqla 1,7 mlrd. manat olub. Müsbət məqamlardan biri kimi, qeyri-büdcə sektoru üzrə sosial sığorta daxilolmalarında artım tendensiyası davam edib. Cari ilin yanvar-noyabr aylarında bu sektordan daxilolmalar sosial sığorta haqlarının 64%-ini və ya 1087 mln. manatını təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3% və 54,5 mln. manat çoxdur. Daxilolmaların səviyyəsinin mütəmadi artımı Fondun xərclərinin 98,2%-ini təşkil edən pensiya və müavinətlərin də vaxtında maliyyələşdirilməsinə şərait yaradıb".
S. Müslümov əlavə edib ki, 2016-cı ilin 11 ayında Fondun büdcəsindən əmək pensiyaları üzrə xərclərə əvvəlki ilin müvafiq dövrünə nisbətən 216 mln. manat və ya 8,4% çox vəsait yönəldilib. "Sosial sığorta müavinətləri üzrə ödənişlərin məbləği isə 15 mln. manat artaraq 82 mln. manata çatıb", - deyə o bildirib.
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
11 d. əvvəl
“Euronews”da Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi haqqında xüsusi veriliş yayımlanıb – Video
-
34 d. əvvəl
Xankəndidə yeni məkan - "Kübar" adlı restoran fəaliyyətə başlayır
- 49 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sərnişinlər artıq yan oturacağı əvvəlcədən bloklaya bilərlər - AZAL-DAN DAHA BİR YENİLİK
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Avropa Bankı AccessBank-a 20 milyon dolları ayırır
bp-yə yeni baş icraçı direktor təyin edildi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Sərnişinlər artıq yan oturacağı əvvəlcədən bloklaya bilərlər - AZAL-DAN DAHA BİR YENİLİK
m10 və Mastercard yeni rəqəmsal kartı təqdim edir
Rəsmi məzənnələr açıqlandı
NATO, 2026-cı il üçün hərbi büdcəsini açıqladı
Bir Bonus lotereyasının qalibləri bəlli oldu - SİYAHI


















.jpg)



