Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
![Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM](/img/marja.jpeg)
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncam imzalayıb.
“Marja” xəbər verir ki, Sərəncamda deyilir:
2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur.
Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.
XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstərirdilər. Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin formalaşdığı neft şəhəri Bakı eyni zamanda milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevrilmişdi. Rusiyanın Dövlət dumalarına və Müəssislər məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər.
Bununla yanaşı, Rusiyada çarizmin süqutundan sonra bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə keçmiş imperiya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi belə bir şəraitdə Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi.
1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycanı Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.
1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika günü olaraq təntənə ilə qeyd edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
3. Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilsin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
-
4 saat əvvəl
Avropanın ən böyük günəş elektrik stansiyası istifadəyə verilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
1 gün əvvəl
"Türk İnvestisiya Fondu vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulacaqdır"
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Bakı Taxıl" şirkəti 12 milyonluq satışa qarşı 324 min manat xalis mənfəət açıqladı
-
1 gün əvvəl
Pezeşkian İranda keçirilən prezident seçkilərində qalib gəlib
-
1 gün əvvəl
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfərə gəlib
- 2 gün əvvəl
![AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur](/storage/thumbnail/thumbnail/cdn/2024/may/03/Azerbaycanda_vakansiyalar.png)
AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur
![Almaniyanın 2025-ci il üçün büdcəsi 481 milyard avro olacaq](/storage/thumbnail/thumbnail/cdn/2022/iyun/06/avro-pul.jpg)
Almaniyanın 2025-ci il üçün büdcəsi 481 milyard avro olacaq
!["ABŞ neft qiymətlərinin artması qorxusuna görə Rusiya tankerlərinə qarşı yeni sanksiyalar tətbiq etmir"](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/07/nefttankeri.jpeg)
"ABŞ neft qiymətlərinin artması qorxusuna görə Rusiya tankerlərinə qarşı yeni sanksiyalar tətbiq etmir"
![Cubics Rəqəmsal Həlləri ilə səmərəli yay tətili](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/29/1561b7d8-08ad-475a-9e73-c47aca34a829.jpeg)
Cubics Rəqəmsal Həlləri ilə səmərəli yay tətili
!["Türk İnvestisiya Fondu vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulacaqdır"](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/07/aliyev-.jpg)
"Türk İnvestisiya Fondu vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulacaqdır"
!["Bakı Taxıl" şirkəti 12 milyonluq satışa qarşı 324 min manat xalis mənfəət açıqladı](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/07/bakıtaxıl.jpeg)
"Bakı Taxıl" şirkəti 12 milyonluq satışa qarşı 324 min manat xalis mənfəət açıqladı
![Pezeşkian İranda keçirilən prezident seçkilərində qalib gəlib](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/07/pezeskian.jpg)
Pezeşkian İranda keçirilən prezident seçkilərində qalib gəlib
Ən çox oxunanlar
![Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfərə gəlib](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/07/tokaev.jpg)
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfərə gəlib
![“Naxçıvanpoçt”ın direktoru vəzifəsindən azad olunub](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/05/naxcivanpoct.jpg)
“Naxçıvanpoçt”ın direktoru vəzifəsindən azad olunub
![Azərbaycanda sığortalanmış əkinlərin sahəsi 1,5 dəfə, fermerlərə sığorta ödənişləri 2 dəfədən çox artıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/05/ekin-sigorta.jpg)
Azərbaycanda sığortalanmış əkinlərin sahəsi 1,5 dəfə, fermerlərə sığorta ödənişləri 2 dəfədən çox artıb
![Dolların bazar ertəsinə olan rəsmi məzənnəsi](/storage/thumbnail/thumbnail/cdn/2023/dekabr/21/zencir-dollar1212028006-612x612.jpg)
Dolların bazar ertəsinə olan rəsmi məzənnəsi
![BYD Türkiyəyə 1 milyard dollar sərmayə yatıracaq, zavodunu quracaq](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/05/byd.jpg)
BYD Türkiyəyə 1 milyard dollar sərmayə yatıracaq, zavodunu quracaq
![ABŞ-da məşğulluq artımı proqnozu üstələyib](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/05/abs.jpg)