Unibank müştərisi kartında saxladığı və xərclədiyi vəsaitə daha yüksək gəlir qazanacaq
(®️) Unibank yeni strategiyası çərçivəsində nağdsız ödənişlərin həcminin artırılması istiqamətində daha bir yenilik edib.
Müştəri məmnuniyyətini artırmaq və nağdsız ödənişləri stimullaşdırmaq üçün iyunun əvvəlindən nağdsız ödənişlərdə daha yüksək cashback və kart hesab qalığına daha yüksək faiz sistemi tətbiq olunur. Yeni sistemlə “Unibank”ın kredit və debet kartı ilə alış-veriş edənlər, eləcə də öz vəsaitini debet kartda saxlayan müştərilər illik 5%-dək əlavə gəlir qazanmaq imkanı əldə edirlər.
Hər ay qazanılan cashback vəsaiti və yaxud kart qalığına hesablanmış əlavə faizlər növbəti ayın ilk günü müştərinin kart hesabına köçürülür. Şərtlər haqda ətraflı bankın saytından (https://unibank.az/cards/goto?language=az&name=cashback) öyrənmək mümkündür.
Bazardakı bank kartlarının müqayisəsi göstərib ki, Unibank kartları ən çox qazandıran kart məhsullarındandır. Son 1 ildə Unibank müştəriləri 1 milyon manatdan çox cashback, kart qalığına isə 1,2 milyon manatdan çox vəsait qazanıblar.
Unibank hazırda yüz minlərlə ödəniş kartı ilə müştərilərinin xidmətindədir. Kart sahibləri asanlıqla və çox rahat, təhlükəsiz şəkildə öz kartları ilə alış-veriş edə bilirlər. Bank kartlarına xidmətin “Unibank”ın öz Kart Prosessinq Mərkəzinə köçürülməsi, kart istifadəçilərinə bir çox üstünlüklər qazandırıb. Bank kartlarının "Unibank"ın öz Prosessinq Mərkəzi tərəfindən idarə edilməsi, ödəniş kartları və nağdsız ödənişlər istiqamətində daha çevik və effektiv olmasına imkan verir. Prosessinq mərkəzi "Unibank"ın yüz minlərlə kart müştərisinin istəklərinə cavab verən çeşidli, innovativ məhsullar və geniş xidmət təqdim etməkdədir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
11 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
13 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti









.jpg)















