Yaş barama tədarükündə Zərdab və Ağcabədi öndədirlər
İyunun 14-dək 428 tondan artıq yaş barama təhvil verilibKənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanda yaş barama tədarükü davam edir. İyunun 14-dək kümçülər tərəfindən barama tədarükü məntəqələrinə 428,29 ton yaş barama təhvil verilib.
Ən çox yaş barama tədarükü Zərdab (67.163 ton), Ağcabədi (44.891 ton), Balakən (41.301 ton), Zaqatala (34.844 ton), Şəki (23.468 ton), Bərdə (22.358 ton) və Füzuli (19.982 ton) rayonlarında qeydə alınıb.
Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.
Bu il dövlət tərəfindən 5 mindən artıq kümçüyə pulsuz olaraq 14700 qutu ipəkqurdu toxumu (qrena) verilib. 2021-ci ildə Azərbaycanın 40 rayonunda yaş barama tədarük edilir.
Yaş baramanın tədarükü və məntəqələrə təhvil verilməsi davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
12 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 39 d. əvvəl
- 43 d. əvvəl
- 45 d. əvvəl
- 47 d. əvvəl
- 51 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir























