Bakıda böyük kitab mağazası açıldı – 365 GÜN “4 AL 3 ÖDƏ”
10 iyun 2021-ci il tarixində “Ofisait” mağazalar şəbəkəsinin yeni konseptdə mağazası - “Kitab Ofisait” istifadəyə verildi.
Marja xəbər verir ki, sahəsi 680 kvadrat metr olan mağaza Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi ilə Özbəkistan küçəsinin kəsişməsindəki yaşayış kompleksinin birinci mərtəbəsində yerləşir (“Qara Qarayev” metro stansiyasından piyada 7-10 dəqiqəlik məsafədə).
Pandemiya qaydalarına uyğun təşkil edilən açılış mərasimində qonaqlar, “İnci” Şirkətlər Qrupun rəhbərliyi və işçiləri iştirak ediblər.
Açılış tədbirində bildirildi ki, indiyədək istifadəyə verilən “Ofisait” mağazalarında daha çox ofis və məktəb ləvazimatları satılır, təxminən məhsulların 30%-ni kitaplar təşkil edir. “Kitab Ofisait” mağazasında isə məhsulların təxminən 80%-i kitablar, 20%-i ofis və məktəb ləvazimatlarıdır. Burada hər cür (məktəbəqədər hazırlıq, məktəb kitabları, imtahan vəsaitləri, dedektiv, klassik, biznes, tarix, hüquq və s. kitablar), müxtəlif dillərdə kitabların satışı təşkil edilib. Kitablar xarici ölkələrdən gətirilir, yerli nəşriyyatlardan, müəlliflərdən və tərcüməçilərdən alınır.
4 KİTAB ALAN 3-NÜN PULUNU ÖDƏYƏCƏK
“Kitab Ofisait” mağazasında daimi olaraq “4 kitab al 3 ödə” satış şərti qüvvədə olacaqdır (4 kitab alan, 3-nün pulunu ödəyəcək, 4-cü pulsuz olacaq). Eyni zamanda, İyunun 10-dan ayın sonunadək 20-80%-civarında endirim kampaniyası keçiriləcəkdir.
“Kitab Ofisait” mağazasının tərtibatı da diqqəti çəkir. Girişdə tavandan kitablar asılmışdır ki, bu da kitabın başımız üstündə yeri olduğuna işarədir. Mağazanın divarlarına dahi şəxsiyyətlərin rəsmləri və kitab ilə bağlı maraqlı sözlərin yazıldığı lövhələr yerləşdirilib.
KİTABLAR TOPDAN DA SATILIR
“Ofisait” mağazalar şəbəkəsi “İnci” Şirkətlər Qrupuna məxsusdur. Qrupun İdarə Heyətinin sədri, iş adamı Mikayıl Yusif “Marja”ya bildirdi ki, “Kitab Ofisait” hazırda Azərbaycanda ən geniş çeşidə malik kitab mərkəzidir. Burada həm pərakəndə, həm də topdan müştərilərə xidmət göstəriləcəkdir.Topdan müşərilərə daha böyük fazilərdə endirimlər nəzərdə tutulur. Kitabların “İnci" Şirkətlər Qrupunun avtomobilləri vasitəsilə ölkə ərazisinə topdan paylanılmasını da həyata keçirəcəkdir. Qısası, “Kitab Ofisait” ölkədə iri kitab dağıtım mərkəzi kimi də fəaliyyət göstərəcəkdir.
ONLAYN SATIŞ VƏ ÜNVANA ÇATDIRILMA
“Kitab Ofisait”ın onlayn satış və çatdırılma xidməti də mövcuddur. Hazırda onlayın satış www.ofisait.az saytı vasitəsilə aparılır. Yaxın gələcəkdə kitabofisait.az saytı da istifadəyə veriləcəkdir.
“KİTAB OFİSAİT” SEKTORU DAHA DA CANLANDIRACAQ
Mikayıl Yusif “Kitab Ofisait”ın ölkədə nəşriyyatların, mətbəələrin inkişafına, yeni iş yerlərinin açılmasına, kitap yazılmasının və çapının artmasına böyük köməyi olacağına inanır.
““Kitab Ofisait” ölkəmizdəki demək olar ki, bütün nəşriyyatların kitablarını satır. Bu mağazanı istifadəyə verməyimiz nəşriyyatların satışlarını artıracaq, işlərini böyüdəcək və yeni iş yerlərinin yaranmasına səbəb olacaqdır. Həmçinin müəlliflərin satış çətinliyi ortadan qalxacaqdır. Hər bir müəllif və tərcüməçi öz kitablarını “Kitab Ofisait” vasitəsilə sata bilər. Beləliklə, “İnci” Şirkətlər Qrupu ölkəmizdə kiçik sahibkarlığın inkişafına da kömək edəcəkdir”.
GENİŞ ÇEŞİDDƏ HAZIRLIQ VƏ İMTAHAN VƏSAİTLƏRİ
“İnci” Şirkətlər Qrupunun daxilində “İZƏ” adlı nəşriyyat fəaliyyət göstərir. Nəşriyyatın direktoru Orxan Bəyov “Marja”ya bildirdi ki, “Kitab Ofisait” mağazasında nəşriyyatın azyaşlılar, ibtidai və orta siniflər üçün vəsaitlərinin, liseyə hazırlıq vəsaitlərinin, buraxılış imtahanına hazırlıq kitablarının, öyrədici və danışan kartlarının geniş satışı təşkil olunub. O, öyrədici və danışan kartlar haqqında ətraflı məlumat verərkən bildirdi:
“Öyrədici kartlar gündəlik istifadə edilən sözləri tanımağa, mənasını mənimsəməyə, danışmağa kömək edir, görmə və eşitmə qavrayışlarını yaxşılaşdırır. Danışan kartlar isə uşaqlarda məktəbəqədər təhsilin və yaddaşın inkişafına kömək edir, müqayisə qabiliyyətini yüksəldir. Uşaqlarda kiçik yaşlardan xarici dilin inkişafı üçün kartlar, İngilis və Rus dilində də verilmişdir”.
İş adamı əlavə etdi ki, “Kitab Ofisait”in yaradılmasında digər məqsədlər ölkədə kitab oxunmasını daha da artırmaq, savadlı və məlumatlı vətəndaşların sayını çoxaltmaq və dolayı yolla Azərbaycanın inkişafına dəstək göstərməkdir.
Qeyd edək ki, “Kitab Ofisait” mağazasında kitabların qiyməti çox münasibdir. “4 al 3 ödə” satış şərtini də nəzərə alsaq, böyük ehtimalla başqa yerdə bu qədər aşağı qiymətlər mövcud deyil.
KİTABLARIN İNCƏLƏNMƏSİ ÜÇÜN ŞƏRAİT YARADILIB
“Kitab Ofisait” mağazasında kitabları almamışdan öncə incələnməsi üçün xüsusi otaq yaradılıb. Bu otaqda rahat əyləşərək, su və ya çay içərək kitabları bir-bir araşdıra bilərsiniz.
KƏNDLƏRDƏKİ MƏKTƏBLİLƏRƏ DƏSTƏK ÜÇÜN LAYİHƏ
“Kitab Ofisait” mağazasında “1 kitab 1 həyat qutusu” yerləşdirilib. Belə ki, alıcıların bu qutuya yerləşdirəcəyi kitablar kənd məktəblərinin kitabxanalarına çatdırılacaqdır. Hər bir şəxs “Kitab Ofisait”dan aldığı və ya evindən gətirdiyi kitabı bu qutuya ata bilər. Qutuya atılan hər bir kitaba görə 1 ktab da “Kitab Ofisait” tərəfindən əlavə ediləcəkdir. Qutuya kitab yerləşdirən hər bir şəxsin adı, soyadı və telefon nömrəsi qeydə alınır. Ona kitabının hansı kənd kitabxanasına çatdırıldığı barədə məlumat veriləcəkdir.
Mağazanın açılış tədbiri müəlliflərin öz kitablarını imzalayaraq “1 kitab 1 həyat qutusu”na yerləşdirməsilə başa çatdı.
Ünvan: Mehdi Abbasov küçəsi, SOCAR Təlim Tədris və sertifikalaşdırma idarəsinin yaxınlığı.
Əlaqə: (+994) 077 444 88 88
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
19 d. əvvəl
“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı
- 54 d. əvvəl
-
1 saat əvvəl
Bu gün Türkiyə Mərkəzi Bankı 2026-cı ilin ilk faiz qərarını açıqlayacaq
-
1 saat əvvəl
Azərbaycanda “Roblox” oyun platformasına qarşı konkret tədbirlər görülə bilər
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Qarabağ" yatağının işlənməsi üçün yaradılmış əməliyyat şirkəti ləğv olunur
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycan xaricdən ət alışını azaldıb
İpoteka ilə, yoxsa daxili hissəli ödənişlə ev almaq? Planlı maliyyə və uzunmüddətli güvən modeli hansıdır?
Ən çox oxunanlar
“Bank BTB”nin əməliyyat mənfəəti 11 faizdən çox artıb
Ötən il 3 bankın kredit portfeli azalıb - RENKİNQ
Tramp Qrenlandiya ilə bağlı gömrük vergilərinin tətbiq edilməyəcəyini açıqladı, qızılın qiyməti düşdü
1 gün ərzində 500-ə yaxın sığorta hadisəsi qeydə alınıb
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
Trampdan Davosda mühüm açıqlamalar
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir




















