İxrac-idxal barədə müfəssəl məlumat açıqlandı
2017-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 149 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 84 ölkəyə məhsul ixrac olunmuş, 143 ölkədən idxal olunmuşdur. Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 5090,9 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 3578,1 milyon dollar, idxalın dəyəri 1512,8 milyon dollar təşkil etmiş, nəticədə 2065,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 10,6 faiz artmış, real ifadədə isə 16,4 faiz, o cümlədən ixrac 9,2 faiz, idxal 27,3 faiz azalmışdır.
Ticarət dövriyyəsinin 39,1 faizi Avropa İttifaqı ölkələri, 11,8 faizi MDB üzvü dövlətləri, 49,1 faizi isə dünyanın digər ölkələrinin payına düşmüşdür.
İxracın dəyərinin 20,7 faizi İtaliyaya, 11,8 faizi Türkiyəyə, 6,9 faizi Portuqaliyaya, 6,5 faizi Tayvana (Çinin əyaləti), 5,7 faizi İsrailə, 4,8 faizi Çinə, hər biri 4,5 faiz olmaqla Almaniya və Hindistana, 4,1 faizi Gürcüstana, 3,8 faizi Fransaya, 3,6 faizi Kanadaya, qalan 23,1 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşmışdır.
İdxal olunmuş məhsulların dəyərinin 19,7 faizi Rusiyanın, 16,1 faizi Türkiyənin, 9,8 faizi Çinin, hər biri 4,9 faiz olmaqla Almaniya və ABŞ-ın, 4,4 faizi Ukraynanın, 4,1 faizi İtaliyanın, 3,7 faizi Birləşmiş Krallığın, 3,2 faizi İranın, 2,1 faizi Braziliyanın, 1,9 faizi Hindistanın, 25,2 faizi isə digər ölkələrin payına düşmüşdür.
2017-ci ilin yanvar-mart aylarında 264,9 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2016-cı ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə 9,1 faiz, real ifadədə isə 7,0 faiz çoxdur.
2017-ci ilin yanvar-mart aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 58,4 faiz, təzə tərəvəz – 95,0 faiz, tütün – 35,4 faiz, çay – 44,4 faiz, meyvə və tərəvəz şirələri – 47,3 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 16,3 faiz, meyvə və tərəvəz konservləri – 27,6 faiz, kartof – 33,5 faiz, polietilen – 0,4 faiz, pambıq lifi – 6,6 dəfə, bentonit gili – 3,4 dəfə artmış, şəkər ixracı isə 3,5 faiz, bitki yağları – 14,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 43,8 faiz, emal olunmamış alüminium – 29,0 faiz, qara metallardan borular – 17,8 faiz, pambıq ipliyi – 20,1 faiz, qara metallardan yarımfabrikatlar – 93,1 faiz azalmışdır.
2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə 2017-ci ilin yanvar-mart aylarında xam şəkər və şəkər idxalı 94,7 faiz, təzə meyvə – 13,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 24,2 faiz, quş əti və onun əlavə məhsulları – 2,5 dəfə, mal əti – 54,0 faiz, polad prokatı – 24,9 faiz, mebel – 87,1 faiz, rezin şinlər – 78,8 faiz, hesablama maşınları, blok və qurğuları – 2,0 dəfə, mineral gübrələr – 4,2 dəfə, qara metallardan künclüklər – 23,7 faiz, paltaryuyan maşınlar – 90,3 faiz, yük avtomobilləri – 2,0 dəfə, məişət kondisionerləri – 4,5 dəfə, avtobuslar – 31,6 faiz artmış, buğda idxalı isə 2,7 faiz, bitki yağları – 35,1 faiz, kartof – 20,7 faiz, çay – 3,5 faiz, təzə tərəvəz – 24,0 faiz, minik avtomobilləri – 4,0 faiz, qara metallardan borular – 73,6 faiz, qara metallardan çubuqlar – 20,3 faiz, polietilen – 36,0 faiz, sement və sement klinkerləri – 91,8 faiz, məişət soyuducuları – 68,1 faiz azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
4 saat əvvəl
İran, İslamabadda danışıqların ikinci raundu ilə bağlı yayılan xəbərləri təkzib edib
-
4 saat əvvəl
"İran, ABŞ ilə yeni növbəti danışıqlarda iştirak etməkdən imtina edib"
-
4 saat əvvəl
Məşhur uşaq qidası markasının məhsulunda siçan zəhəri aşkarlanıb: Məhsul geri çağırıldıb
- 4 saat əvvəl
-
5 saat əvvəl
"İran danışıqların ikinci turunda iştirak etməkdən imtina etdi"
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Məşhur uşaq qidası markasının məhsulunda siçan zəhəri aşkarlanıb: Məhsul geri çağırıldıb
"İran danışıqların ikinci turunda iştirak etməkdən imtina etdi"
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Ən çox oxunanlar
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Avropada təbii qazım qiyməti kəskin düşdü
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub














.jpg)







