Azərbaycanda "Murovdağ" adlı yeni kartof sortu yaradılıb - MƏHSULDARDIR
Azərbaycanda "Murovdağ" kartof sortunun yetişdirilməsinə başlanılıb.
Bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev deyib.
O bildirib ki, yeni ixtira olunan kartof sortuna Azərbaycan Ordusunun qələbəsi şərəfinə "Murovdağ" zirvəsinin adı verilib. Adıçəkilən kartof sortu məhsuldarlığı ilə seçilir: "Bu sort digər kartof sortlarından fərqli olaraq oval formadadır. "Murovdağ" sortunun meyvəsi daha böyükdür. Bu sort həm quraqlıq, həm də suvarma şəraitində becərilir. Dəmyə şəraitində hektara 25 ton, suvarma sahəsində əkiləndə isə 35-50 ton məhsul vermək gücünə malikdir".
E.Allahverdiyev qeyd edib ki, yeni kartof sortunın artıq dequstasiyası keçirilib: "Bu sortun hələlik istixana şəraitində əkilməsi nəzərdə tutulub. Artıq bu toxumun bir hissəsi Aqrar Xidmətlər Agentliyinə təqdim olunub".
Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























