Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 25 faizdən çox artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı  25 faizdən çox artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2021-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 907,6 milyon ABŞ dolları təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumata görə, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 184 milyon ABŞ dolları və ya 25,4 faiz artıb.

2021-ci ilin yanvar-may ərzində meyvə-tərəvəz ixracı 206,1 milyon, pambıq lifi ixracı 109,3 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 57,9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 39,7 milyon, pambıq ipliyi ixracı 17,8 milyon,  kimya sənayesi məhsullarının ixracı 19,2 milyon, şəkər ixracı 16,3 milyon,  bitki heyvan mənşəli piylər və yağlar  ixracı  13,8 milyon, spirtli və spirtsiz içkilərin ixracı 5,8 milyon və çay ixracı 3,7 milyon ABŞ dolları təşkil edib.

Reklam_3_11

2021-ci ilin may ayı Azərbaycanın ümumi ixracı 1,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 210,5 milyon ABŞ dolları təşkil edib.

Qeyri-neft sektoru üzrə ixrac ötən ilin may ayı ilə müqayisədə 22 faiz və ya 38 milyon ABŞ dolları daha çoxdur.

Habelə, 2021-ci ilin qeyri-neft sektorunun tərkibi üzrə yeyinti məhsullarının ixracı 85,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 125,1 milyon ABŞ dolları təşkil etmişdir. 2021-ci ilin may ayında yeyinti məhsullarının ixracında azalma müşahidə edilsədə, qeyri-yeyinti məhsullarının ixracında ötən ilin eyni ayı ilə müqayisədə 55, 8% artım müşahidə edilib. Qeyri-yeyinti məhsullarının may ayı üzrə artımını şərtləndirən əsas hərəkətverici qüvvələr gübrə, yeyinti sənayesinin qalıqları və tullantıları; heyvanlar üçün hazır yemlər, pambıq, qara metallar, qurğuşun və alüminium və onlardan hazırlanan məmulatlar, yerüstü nəqliyyat vasitələri, dəmiryolu və tramvay nəqliyyat vasitələrindən başqa və onların hissələri və ləvazimatları və s. təşkil etmişdir. May ayı etibarı ilə yeyinti məhsullarında azalmanın əsas səbəbi kimi meyvə-tərəvəz məhsullarının ixracının azalması ilə əlaqədardır.

07.06.2021 17:19
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18