Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Valyuta bazarında defisit yox, profisit var" - 140 MİLYON DOLLARI SATMAQ MÜMKÜN OLMAYIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Valyuta bazarında defisit  yox, profisit var" - 140 MİLYON DOLLARI SATMAQ MÜMKÜN OLMAYIB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Valyuta bazarında defisit yox, profisit (artıqlıq - red) var. Biz maraqlıyıq ki, hərraca çıxarılan valyuta satılsın".

Marja xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

Elman Rüstəmov qeyd edib ki, Dövlət Neft Fondu plan üzrə satılması nəzrədə tutulan məbləğdən 140 milyon dollar az valyuta satıb:

"Yəni Dövlət Neft Fondu 140 milyon dollar qənaət edib, qrafikdən geri qalıb. 2021-ci ilin ötən dövründə Mərkəzi Bank bazardan valyuta almayıb. Yanvar ayında bazarda valyutaya tələb artsa da, Aprel ayının nəticələrinə görə tarazlıq bərpa olub, qeyd etdiyim kimi, Dövlət Neft Fondu satışdan 140 milyon dollar geri qalıb. Hazırda valyuta bazarında təzyiq müşahidə olunmur, sabitlik mövcuddur".

Qeyd edək ki, 2021-ci ilin əvvəlindən bu yana keçirilmiş 30 valyuta hərracında banklara 1 milyard 989.9 milyon dollar satılıb.

30.04.2021 12:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18