Qoşqar Təhməzli Moskvada "Rosselxoznadzor"un rəhbəri ilə görüşüb
İmzalanması nəzərdə tutulan Sazişlərin layihəsi və informasiya sistemlərinin inteqrasiyası ilə bağlı məsələlər müzakirə olunub.Aprelin 26-da Moskva şəhərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert arasında görüş keçirilib.
AQTA-nın yaydığı məlumata görə, görüşdə qida təhlükəsizliyi ilə bağlı ikitərəfli münasibətlər, birgə əməkdaşlığın perspektivləri, həmçinin AQTA ilə "Rosselxoznadzor” arasında baytarlıq, bitki karantini və mühafizəsi sahəsində imzalanması nəzərdə tutulan Sazişlərin layihəsi və informasiya sistemlərinin inteqrasiyası ilə bağlı məsələlər müzakirə olunub.
Tədbirdə Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində görülən işlər və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Rusiya Bitki Karantini Mərkəzi arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Görüş zamanı, həmçinin ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























