Veysəloğlu tərəvəz məhsullarını tarladan alacaq, qiymətlər düşəcək
Müştərilərin keyfiyyətli məhsullarla münasib qiymətə təmin edilməsini prioritet bilən Veysəloğlu Şirkətlər Qrupu nümayəndələri Şəmkir rayonu İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda işgüzar səfərdə olublar.
Veysəloğlu Şirkətlər Qrupu təmsilçiləri Müşahidə Şurasının sədrinin müavini Bəxtiyar Allahverdi, Müşahidə Şurasının üzvü və “OBA” Marketlər Şəbəkəsinin İdarə Heyətinin sədri Vüsal Şərifov və Araz Supermarket MMC-nin İdarə Heyətinin sədri Rəşad İbrahimov rayon İcra Hakimiyyəti nümayəndələri ilə görüşlər keçirib və rayonun iqtisadi potensialı ilə tanış olublar. Səfər çərçivəsində həmçinin, fermerlər və kənd təsərrüfatı subyektləri ziyarət olunub, təqdimatları dinlənilib, onların istehsal potensialları ilə tanış olunub və əməkdaşlıq imkanları müzakirə edilib.
“Tarladan süfrəyə” devizini əsas alaraq qurulacaq bu əməkdaşlıq nəticəsində həm yerli sahibkarlar məhsullarını daha geniş satış şəbəkəsinə təqdim etmə fürsəti əldə edəcəklər, həm də təbii, keyfiyyətli və münasib qiymətli məhsullar müştərilər üçün daha əlçatan olacaqdır.
25 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu aşağıdakı sahələrdə fəaliyyət göstərir: Topdan satış/distribusiya, pərakəndə, istehsalat, logistika. Veysəloğlu Şirkətlər Qrupu yerli və regional bazarlarda fəaliyyət göstərir. Bu gün Veysəloğlu Şirkətlər Qrupu 17 minə yaxın əməkdaş sayı ilə Azərərbaycanın ən iri iş yeri imkanı yaradan qurumlarından biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























