3 aya rekord borclanma - 191 milyard dollar....
İnkişaf etməkdə olan ölkələr ilin əvvəlindən fantastik həddə vəsait cəlb edib.2021-ci ilin əvvəlindən beynəlxalq borc bazarlarında istiqraz və digər qiymətli kağızların buraxılışı dəfələrlə artıb. Əsas emitentlər inkişaf etməkdə olan ölkələrin hökumətləri və şirkətləridir. Marja Dealogic araşdırma şirkəti və Moody’s Investor Service-ə istinadla xəbər verir ki, avrobondlar - əsasən dollar, avro və yendə buraxılan beynəlxalq istiqrazlar hesabına rekord məbləğdə - 191 milyard dollarlıq borc vəsaitləri cəlb olunub. Bununla belə, investorlar koronavirus pandemiyasının növbəti dalğası səbəbindən bir çox ölkədə risklərin yüksək olaraq qalmasından ehtiyatlanır.
Araşdırmalar birinci rübdə qiymətli kağız buraxılışlarının xüsusən investisiya reytinqi həddən artıq aşağı olan borcalanlar arasında artdığını göstərir, bu isə daha riskli aktivlərə marağın artması deməkdir. “Burda həm tələb, həm də təklif var.” - Moody”s agentliyinin inkişaf etməkdə olan bazarlar üzrə rəhbəri Atsi Şet bildirir: “Təklif baxımından, inkişaf edən bazarlarda hökumətlər və korporasiyalar səviyyəsində maliyyələşmə ehtiyacları artır, tələb baxımından isə - hələ də qlobal maliyyə şərtləri kifayət qədər likviddir və əllərində pulu olan investorlar gəlir gətirən sahələr axtarır”.
Fransanın ən iri investisiya banklarından Société Générale-nin inkişaf edən bazarlar üzrə strateji analitiki Foeniks Kalen bildirir: “2021-ci lin əvvəlində biz elə bir məkanda idik ki, burda hər şey hələ də əlverişli görünürdü. İnkişaf edən ölkələrin valyutaları yüksəlirdi, ABŞ-da inflyasiya və istiqrazların gəlirliliyi artmamışdı və bir sıra hökumət rəsmiləri, o cümlədən maliyyə nazirləri və iri şirkətlərin xəzinədarları köhnə və daha bahalı borclarını bağlamaq üçün cəlbedici gəlirlilikdən istifadə edib vəsaitlər ala bildilər”.
İsveçrənin investisiya bankı və maliyyə xidmətləri şirkəti UBS-in baş iqtisadçısı Arend Kapteyn “ev təsərrüfatlarının izolyasiyadan çıxdıqdan sonra xidmətlərə daha çox, mallara daha az pul xərcləyəcəyini, bunun isə kütləvi çevrilmə effelkti yaradaraq, əsas istehlak mallarının iri istehsalçıları olan inkişaf etməkdə olan ölkələrin əleyhinə işləyəcəyini” proqnozlaşdırır. Onun həmkarı Bhanu Bveja isə bildirir ki: “İstiqraz qiymətlərini qaldıran əsas hərəkətverici qüvvələr – spredin daralması, yüksək əmtəə qiymətləri və qlobal ticarətdə artım – bütün bunlar artıq baş verib. Bundan belə kredit spredləri daralmaq əvəzinə daha da genişlənəcək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
36 d. əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
2 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
2 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 2 saat əvvəl
-
2 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb



















