Unibankın gəlirləri və əməliyyat mənfəəti artıb - BANKDA SON VƏZİYYƏT
Unibank 2021-ci ilin ilk rübünü 591 min manat xalis mənfəət ilə başa vurub. Pandemiya ilə əlaqədar olaraq iqtisadiyyatın azaldığı bir dövrdə Unibankın müştərilərə verdiyi kreditlərin və gəlirlərinin artması diqqəti çəkir.
Marja xəbər verir ki, 2020-ci ilin ilk rübü ilə müqayisədə 2021-ci ilin ilk rübündə Unibankın cəmi əməliyyat gəlirləri 4 milyon 632 min manat və ya 16,4% artaraq 32 milyon 911 min manat təşkil edib. Bank ötən ilin ilk rübündə 28 milyon 279 min manat cəmi əməliyyat gəlirləri əldə etmişdi. Unibankın faiz gəlirləri 16,4% artaraq 25 milyon 840 min manata, qeyri-faiz gəlirləri 16,1% artaraq 7 milyon 71 min manata yüksəlib.
2020-ci ilin ilk rübündə 24 milyon 460 min manat təşkil etmiş cəmi əməliyyat xərcləri 2021-ci ilin ilk rübündə 17,7% və ya 4 milyon 334 min manat artımla 28 milyon 794 min manata yüksəlib. Xərclərin artması bankdaxili böyük layihələrin həyata keçirilməsi ilə bağlıdır.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
2021-ci ilin ilk rübündə Unibankın gəlirləri xərclərini üstələdiyindən 4 milyon 116 min manat əməliyyat mənfəəti yaranıb. Bank 3 milyon 525 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırdığından ilk rübü 591 min manat xalis mənfəət ilə bağlayıb. Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin ilk rübündə Unibankın əməliyyat mənfəəti 3 milyon 819 min manat təşkil etmişdi. Eyni zamanda ehtiyatlardan azad olmuş 2 milyon 502 min manat hesabına xalis mənfəəti 6 milyon 322 min manat təşkil etmişdi.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
31 Mart 2021-ci il tarixində Unibank 839 milyon 105 min manat cəmi aktivlərə malik olub, o cümlədən aktivlərin 612 milyon 826 min manatını müştərilər verilmiş kreditlər təşkil edib. Unibank 2020-ci ilin sonunda 815 milyon 811 min manat cəmi aktivlərə, o cümlədən 567 milyon 312 min manat kredit portfelinə malik idi.
İlk rübdə Unibankdakı depozitlər 3%-dən çox artaraq 741 milyon 406 min manata çatıb.
31 Mart 2021-ci il tarixində Unibank 84 milyon 321 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
6 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
10 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
10 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq


















