"Ermənistanın ordusunun modernləşdirilməsi ilə bağlı Rusiya ilə danışıqlar aparması bizi narahat edir"
"Ermənistanın ordusunun modernləşdirilməsi ilə bağlı Rusiya ilə danışıqlar aparması bizi narahat edir. Bu narahatlıq Rusiya rəsmilərinə çatdırılmışdır. Nə üçün müasirləşdirilir onların ordusu? Revanşla bağlı istənilən imkan lazımsız gərginliyə səbəb olacaq. Beləliklə, vəziyyət indiki kimi davam etsə, qonşuluqda yaşamaqla bağlı hər hansı bir problem olmayacaq. Mən dəfələrlə Gürcüstanı misal kimi qeyd etmişəm. Orada azərbaycanlılar və ermənilər bəzən eyni bölgədə deyil, hətta eyni kənddə yaşayırlar və heç nə baş vermir".
Marja xəbər verir ki, Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
Prezident çıxışına belə davam edib:
Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra nə olacaq sualına gəldikdə, bu gün Tovuz, Qazax və Ağstafa rayonları ərazisində Azərbaycan və Ermənistan arasında dövlət sərhədi mövcuddur. Orada sülhməramlılar yoxdur və heç nə baş vermir. Sizə deyim ki, Azərbaycan Sərhəd Xidmətinin əsgərləri bu gün Ermənistan kəndlərinin 5 metrliyində, Qubadlının məşhur Şurnuxu kəndində dayanır. Ermənilər kəndin onlara məxsus olduğunu iddia edirdilər, lakin xəritəyə baxdıqda onun Azərbaycan ərazisində yerləşdiyi müəyyən olundu. Biz oraya Sərhəd Xidmətinin nümayəndələrini göndərdik və mən onlara göstəriş verdim ki, orada xətt boyu yerləşsinlər, xətti keçməsinlər və həmin kənddə yaşayan ermənilərlə işləri olmasın. Hətta həmin Şurnuxu kəndinin bir hissəsini tərk etməli olan ermənilərə biz vaxt verdik. Bu gün deyə bilərəm ki, Ermənistan ordusu məhv edilib. O, mövcud deyil. O cümlədən Ermənistanın sərhəd xidməti. Yəni, həmin bu kəndin tam nəzarətə götürülməsində bizə heç kəs mane ola bilməz. Biz bunu edirikmi? Xeyr. Belə bir planımız varmı? Xeyr. Bu, gələcəkdə nəyin baş verə biləcəyinə cavabdır. Bu məsələ bizim iradəmizi nümayiş etdirir. Eyni vəziyyət Ermənistanın Qafan şəhərini İrəvanla birləşdirən 21 kilometrlik yolda mövcuddur. Yol bizim ərazimizdən keçir. Bəli, biz oraya sərhəd xidmətimizi yerləşdirmişik. Biz hətta “Azərbaycana xoş gəlmisiniz” lövhəsini də quraşdırmışıq. Bilmirəm, nəyə görə həmin lövhə erməniləri bu dərəcədə qıcıqlandırdı. Biz, sadəcə, onları ərazimizdə salamlamaq istəyirdik. Ora bizim ərazidir. Ancaq onlar lövhəni atəşə tutdular və biz bu hərəkətə cavab verməli olduq. Yəni, onlar bu yoldan istifadə edirmi? Bəli. Onları sülhməramlılar qoruyurmu? Xeyr. Yalnız iki yerdə postlar qurulub. Biz bu yolu kəsə bilərikmi? Bəli. Bunu edirikmi? Xeyr. Əlbəttə, Ermənistan hazırda davrandığı kimi özünü aparsa, onlar bu gün tamamilə ruhdan düşmüş, təşkilatlanmamış vəziyyətdədirlər. Ordu yoxdur. Revanş haqqında düşünməyə əsas belə yoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
10 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
16 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş

























