"Məhkumları işə götürən sahibkarlara vergi güzəştləri olsun"
“Cəzaçəkmə müəssisələrində saxlanılan insanların əməyə cəlb edilməsində sahibkarların böyük rolu ola bilər”.
Bunu Ədliyyə naziri yanında İctimai Komitənin koordinatoru, hüquq müdafiəçisi Səadət Bənanyarlı "Ədliyyə və məhkəmə islahatları sahibkarların hüquqlarının etibarlı müdafiəsinə təminat verir" mövzusunda videokonfransda bildirib.
Onun sözlərinə görə, hazırda cəzaçəkmə müəssisələrində qadınlar əsasən suvinerlərin hazırlanması, xalça toxunması ilə məşğuldur: “Bu şəxsləri əməyə cəlb etmək onlar və ailələri üçün böyük dəstək ola bilər. Məhkumlar işləyərək həm özlərinə, həm də ailələrinə yardım edə bilər”.
S.Bənanyarlı məhkumları məşğulluğa cəlb edən sahibkarlar üçün vergi güzəştlərinin tətbiqini və yaxud verginin tamamilə aradan qaldırılmasını da təklif edib: “Əgər sahibkarlar cəzaçəkmə müəssisəsində çalışanlar üçün iş yerləri açacaqsa, məhkumlar işləyəcəksə, bu zaman onlar cəmiyyətə islah edilmiş vətəndaş kimi qayıdır. Bu şəxslərin cəmiyyətə normal vətəndaş kimi qaytarılmasında Ədliyyə Nazirliyinin də rolu ola bilər”.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
Report
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
50 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 53 d. əvvəl
-
-
58 d. əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
1 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
5 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb


























