Asiyanın “mini Amazon”u səhm bazarına çıxır
Hədəf 50 milyard dollar bazar dəyəri qazanmaqdır.Cənubi Koreyanın elektron ticarət qrupu Coupang-ın təsisçisi Bom Kim bu həftə Nyu-York birjasında Səhmlərin İlkin Kütləvi Yerləşdirilməsi (IPO) prosesinə başlayacaqlarını bildirib.
Marja xəbər verir ki, Yaponiya nəhəngi SoftBank, qlobal IPO-ların daimi iştirakçısı Sequoia Capital və ABŞ-ın ən böyük investisiya şirkətlərindən BlackRock-un da maraq göstərdiyi Coupang səhm bazarındakı qiymət təklifləri əsasında 50 milyard dollar bazar dəyəri qazanmağı hədəfləyir.
Nəzərdə tutulan bazar dəyərinə çata bilsə, Coupang bununla da Cənubi Koreyanın beş ən dəyərli şirkəti arasına girə biləcək. Bu sıraya Samsung Electronics Co. başçılıq edir. Siyahıda Koreyanın digər texnoloji startapları – 58 milyard dollar dəyərə malik elektron ticarət qrupu Naver Corp. və mobil mesajlaşma tətbiqi Kakao Corp. (39 milyard dollar) da var.
Harvardda təhsilini yarımçıq buraxmış Bom Kim 2010-cu ildə Coupang-ı qrup alıcılarına sövdələşmələr təklif edən internet saytı kimi qurmuşdur. Sürətlə böyüyən bazar və ucuz sövdələşmələr sayəsində sayt həddən artıq populyarlıq qazanmış və ötən il Google-un Koreya Play Store-unda ən çox müraciət edilən tətbiqetmə olmuşdur. Şirkət hazırda 30-dan artıq şəhərdə 100 logistika mərkəzinə malikdir və sifarişləri maksimum 1-2 gün ərzində ünvana çatdırması ilə öyünür.
Qlobal maliyyə bazarlarından uzaqda - Seulda isə şirkət ciddi problemlərlə üz-üzədir. Son bir ildə səkkizdən artıq əməkdaşının iş vaxtı zədələnməsi və ölümü şirkətə qarşı ciddi siyasi təzyiqlər yaradıb. Cənubi Koreya siyasətçiləri və ölkənin İctimai Xidmətlər və Nəqliyyat İşçilərinin Həmkarlar İttifaqı işçilərin ölümündə birbaşa Coupang-ı günahlandırır. Cənubi Koreya polisi də artıq məsələ ilə bağlı müvafiq araşdırmalara başlayıb. Bu araşdırmaların martın 11-də nəzərdə tutulan IPO prosesinə və şirkətin bazar dəyərinə necə təsir edəcəyi maraqlıdır.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti














.jpg)








