Elektronika sahəsində yeni nəsil xidmət – Texno Gallery
"İnşaatçılar"da da Texno Gallery şirkətinə məxsus yeni filialı fəaliyyətə başlayıb2011-ci ildən etibarən fəaliyyət göstərən Texno Gallery Azərbaycanda kompüter texnologiyaları, mobil telefon və aksesuarlarına aid məhsul və xidmətlərin topdan satışını həyata keçirən ən böyük şirkətlərdən biridir.
Şirkət 2021-2023-cü illərdəki satış hədəflərinə uyğun olaraq öz işçi heyətini yeniləmiş və bütün heyətin iştirak etdiyi korporativ görüş keçirilmişdir. Bu görüşdə Təsisçi Murad Adışirinli pərakəndə satış kanallarını artırmaq və müştəri məmnuniyyətini təmin etmək məqsədilə professional idarəetmə strukturuna keçid edildiyini bildirmişdir. O, həmçinin, bununla bağlı baş ofisin qurulması, onlayn satış, korporativ satış, topdan və pərakəndə satış kanallarının inkişaf etdirilməsi adına zəruri işlərin tamamlandığını da qeyd etmişdir.
Bundan əlavə 28 May ünvanında yerləşən iki filialı ilə yanaşı İnşaatçılarda da Texno Gallery şirkətinə məxsus yeni filial fəaliyyətə başlamışdır. Beləliklə, 2021-ci ilin sonunadək 5 filial, 2023-cü ilin sonunadək 10 filial ilə fəaliyyət göstərməyi hədəfləyən Texno Gallery öz alıcılarına yüksək səviyyədə müştəri məmnuniyyəti və xidmət keyfiyyəti vəd edir.
Şirkətin təsisçisi Murad Adışirinli bu məqsədlərə çatmaq və lazımi tədbirləri həyata keçirmək üçün heç bir xərcdən çəkinmədiklərini və Azərbaycan xalqına qeyd-şərtsiz maksimum keyfiyyətli şəkildə xidmət etmək üçün hazır olduqlarını bildirib.

Qeyd edək ki, bütün bu hədəflər çərçivəsində şirkətin inkişafı və idarəetmə strukturunun formalaşdırılması üçün Azərbaycada elektronika sahəsindəki uğurlu layihələri və təcrübəsi ilə tanınan Ahmet Kandemir İcraçı Direktor olaraq təyin edilmişdir.

Ahmet Kandemir Türkiyə və Azərbaycanda satış və idarəetmə sahələrində böyük uğurlara imza atmış və eyni zamanda tanınmış bir çox şirkətlərin işçi heyətinə professional səviyyədə təlimlər vermişdir.
Ahmet Kandemir “yeni nəsil xidmət” şüarını əsas tutaraq Azərbaycan xalqına yüksək səviyyədə xidmət təqdim edəcəklərini və həm işçilərin, həm də müştərilərin bir parçası olmaqdan xoşbəxtlik duyacağı bir şirkət yaradacaqlarını bildirdi. Habelə, o, Azərbaycan xalqına notbuk, mobil telefon və aksesuarları mövzusunda ən keyfiyyətli məhsulların satışını ən sərfəli qiymətlərlə həyata keçirmək üçün bir sıra tədbirlərin görüldüyünü və işlərin davam etdiyini də qeyd etdi.
Texno Gallery şirkətinə hədəflərində uğurlar arzulayırıq və tezliklə Azərbaycanın başlıca elektronika mağazalarından birinə çevrilməsinə ümid edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb























