Unibank daha 3 mükafat qazanıb
Unibank 2019-cu və 2020-ci illər ərzindəki fəaliyyətinə görə mükafatlandırılıb. Bank Azərbaycan Banklar Assosiasiyasının ənənəvi “Bankçılıq Mükafatları – 2019/2020” mükafatının qalibləri siyahısındadır.
Ötən il ölkənin sosial-iqtisadi inkişafına verdiyi dəstəyə və həyata keçirdiyi layihələrə əsasən, “Unibank”ın fəaliyyəti üç nominasiya üzrə dəyərləndirilib. Şəhid ailələri və qazilərlə bağlı həyata keçirdiyi sosial layihələrə görə, Unibank 2020-ci il üçün “Korporativ sosial məsuliyyət” nominasiyasının qalibi olub. Müxtəlif universitet tələbələri ilə bağlı reallaşdırılan layihələrin qiymətləndirilməsi zamanı, Bank “Ən fəal təhsil dəstəkçisi” nominasiyası üzrə təltif edilib. Ənənəvi bankçılıqdan elektron bankçılığa keçid, rəqəmsallaşma ilə bağlı çoxsaylı layihələrin tətbiqi “Unibank”ı “Elektron Bankçılıq” nominasiyası üzrə qaliblərdən biri edib. Unibank 2019-cu ildəki fəaliyyətinə görə də nominasiyalara layiq görülüb. Sosial layihələrin aktiv iştirakçısı olması, bankı 2019-cu il üzrə də “Korporativ sosial məsuliyyət” nominasiyasının qalibi edib.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 28 illik mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
26 d. əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
- 2 saat əvvəl
-
-
4 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
4 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
7 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 7 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb

























