Nazir: "Azərbaycanla Türkiyə ticarəti milli valyuta ilə aparacaq"
Azərbaycan və Türkiyə arasında milli valyuta ilə ikitərəfli ticarətin aparılmasına dair danışıqlar aparılmayıb. Bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Buna baxmayaraq, nazir gələcəkdə bu məsələ ətrafında Türkiyə tərəfi ilə danışıqların aparılmasını istisna etməyib.
Öz növbəsində Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci sözügedən məsələ ilə bağlı bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan iqtisadi qurumlara müvafiq təlimatları verib: "Artıq önəmli bir nöqtəyə gəlinib. Azərbaycan və Türkiyə bir-birilərinə qarşılıqlı imtiyaz təklif etməlidir. Lazım olarsa, bu imtiyazlar sıfıra səviyyəsinədək enməlidir. Hazırda ticarət dövriyyəmiz 3,5 milyard dollar civarındadır, bu göstəricini 10-15 milyard dollara qədər artırmalıyıq. Yaxın zamanda bununla bağlı işlərə başlanılacaq. 2017-ci ilin ilk yarısında Azərbaycan-Türkiyə işgüzar sammitin baş tutması hədəflənir. Bu toplantıda sözügedən məsələ ilə bağlı müvafiq sənədin imzalanması planlaşdırılır. Son dövrlər bizim əsas siyasətimiz ikitərəfli ticarət dövriyyəsində milli valyutalarla hesablaşmanın tətbiqidir. Bu sadəcə Azərbaycanla münasibətlərimizə aid deyil. Söhbət bir çox ölkələrdən gedir ki, onların arasında Koreya, Yaponiya, Rusiya, Çin və İranı qeyd etmək olar. Heç bir məcburiyyətdən söhbət gedə bilməz. Lakin ticarət dövriyyəsində milli valyutadan maksimum istifadə etməliyik və bunun yollarını tapmalıyıq. Bir daha xatırladıram ki, bununla bağlı həm Türkiyə, həm Azərbaycan prezidentinin müvafiq təlimatı var. Bu təlimatlara uyğun olaraq, hər iki ölkənin iqtisadiyyat nazirlikləri və mərkəzi bankları zəruri işlər həyata keçirəcək".
Türkiyəli nazir əlavə edib ki, ticarət dövriyyəsinin strukturunu nəzərə alaraq, hesablaşmaların tam olaraq milli valyutaya keçirilməsi qarşıda duran hədəf deyil.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 14 saat əvvəl
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
16 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
17 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 17 saat əvvəl
-
17 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















