Dövlət hesabına təqaüd alacaq tələbələrin sayı açıqlanıb
2020-2021-ci tədris ilində ali təhsil müəssisələrində təhsil alan tələbələrin 50 faizi dövlət büdcəsinin vəsaiti hesabına təqaüd ala biləcəklər.
Təhsil Nazirliyindən verilən məlumata görə, “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” ölkə Prezidentinin müvafiq sərəncamında təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin 2020-2021-ci tədris ilindən başlayaraq 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulub. Bu hədəfin reallaşdırılması üçün təhsil nazirinin müvafiq əmri ilə əlavə təqaüd yerlərinin sayı müəyyən edilib.
2020-2021-ci tədris ili üzrə dövlət büdcəsi hesabına maliyyələşən əlavə təqaüd yerlərinin sayı 20 365-dir ki, əvvəlki tədris ilinə nisbətən 27.3 faiz və ya 4,365 təqaüd yeri çoxdur. Bununla da, 2020-2021-ci tədris ilində təqaüd alan tələbələrin sayı təhsil alan tələbələrin ümumi sayının 50 faiz nisbətinə çatdırılıb. Cari tədris ilində orta hesabla 93 min tələbə dövlət büdcəsi hesabına təqaüd alacaq.
Dövlət büdcəsi hesabına ayrılan əlavə təqaüd yerləri ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısının artırılmasının bariz nümunəsidir və təhsildə yüksək nəticələr əldə edən tələbələrə təqaüd almaları üçün əlavə imkanlar yaradır.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”na əsasən, hər tədris ili üçün təqaüd yerlərinin ümumi sayı dövlət sifarişi və dövlət hesabına əyani və qiyabi təhsilalma formasında təhsilalanların sayının və əlavə təqaüd yerlərinin sayının cəmindən ibarətdir. Əlavə təqaüd yerlərinin ali təhsil müəssisələri arasında bölgüsü hər bir ali təhsil müəssisəsinə qəbul olunmuş təhsilalanların sayının bütün ali təhsil müəssisələrinə qəbul olunmuş təhsilalanların ümumi sayında xüsusi çəkisinə uyğun olaraq müəyyən edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 4 saat əvvəl
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
6 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
7 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb




















