İranın ali lideri ABŞ Prezidentinə cavab verdi
İranın ali lideri Əli Xamaneyi, Twitter hesabından, uran zənginləşdirmə əməliyyatını dayandırana qədər İrana sanksiyaları ləğv etməyəcəklərini açıqlayan ABŞ Prezidenti Co Baydenə (Joe Biden) cavab verib.
Marja xəbər verir ki, İran lideri, "Şərtimizi açıqlamışıq və geri addım atılmayacaq" şərhini edib.
Həmçinin Xamaneyi, "Post-ABŞ dövrü başladı", ifadələrini də istifadə edib.
Bayden, CBS kanalına verdiyi müsahibəsində, "Əvvəl ABŞ, İranı müzakirə masasına gətirmək üçün sanksiyaları ləğv edəcəkmi?" şəklindəki suala, "Xeyr. Əvvəl onların uran zənginləşdirməyi dayandırması lazımdır" cavabını vermişdir.
Xamaneyi, ölkəsinin nüvə müqaviləsindəki öhdəliklərini yerinə yetirməsi üçün əvvəl ABŞ-ın bütün sanksiyaları ləğv etməsi lazım olduğunu bildirmişdi.
İran ilə nüvə müqaviləsi
İran ilə ABŞ, Çin, Fransa, Almaniya, Rusiya və İngiltərə arasında 2015-ci ildə İranın nüvə fəaliyyətlərinin tənzimlənməsini və nəzarətdə saxlanılmasına dair bir müqavilə imzalanmışdı.
Donald Trampun Prezident seçilməsindən sonra, ABŞ, 8 May 2018-də müqavilədən tək tərəfli çıxmış və İrana yenidən sanksiya tətbiq etməyə başlamışdı.
İran da sanksiyalara qarşılıq 5 Yanvar 2020-də müqavilədəki öhdəliklərini tamamilə dayandırmış və yüksək səviyyədə uran zənginləşdirmə əməliyyatı daxil bir sıra addım atmışdı.
İran XİN: İran təkrar olaraq danışıqlar aparmaq niyyətində deyil
İran nüvə proqramı ilə əlaqədar təkrar olaraq danışıqlar aparmaq niyyətində deyil.
Bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif CNN kanalına verdiyi müsahibəsində deyib. O bildirib ki, müqaviləni birtərəfli qaydada ABŞ-ın keçmiş prezidenti tərk edib. Yeni prezident isə müqaviləyə qayıtmalıdır.
Nazir qeyd edib ki, İran müqavilədən çıxmayıb, sadəcə olaraq müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri qismən məhdudlaşdırıb. ABŞ sanksiyaları aradan qaldırdıqdan sonra İran da öhdəlikləri tam olaraq yerinə yetirəcək.
Marja.az Telegramda: https://t.me/marjaaz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
15 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 15 saat əvvəl
-
17 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























