Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Vüsal Kərimli avtobuslarını yeniləməyən sahibkarlara xəbərdarlıq etdi - "KƏNARLAŞDIRILACAQSINIZ!"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vüsal Kərimli avtobuslarını yeniləməyən sahibkarlara xəbərdarlıq etdi - "KƏNARLAŞDIRILACAQSINIZ!"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verdiyimiz kimi, Bakı Nəqliyyat Agentliyində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlarla görüş keçirilib.

Marja xəbər veri ki, görüşdə problemlər və qarşıda duran vəzifələrə də toxunulub. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli qeyd edib ki, düzgün və şəffaf idarəetmə şəraitinin yaradılmasına baxmayaraq daşıyıcılar avtobus parkının yenilənməsində fəal deyillər. Lakin vətəndaşların rahatlığı və təhlükəsizliyinin vacibliyi nəzərə alınaraq bu il qəsəbələr üzrə avtobus parkı mütləq qaydada yeniləməlidir. Bu tələbə əməl etməyən daşıyıcılar isə marşrut şəbəkəsindən kənarlaşdırılacaq.

Bəzi daşıyıcılar müəyyən qüvvələrin dəstəyilə avtobusların yenilənməsi, eləcə də “BakıKart”a keçid prosesini gecikdirmək məqsədilə süni narazılıqlar və problemlər yaradırlar. Bildirilib ki, bu kimi cəhdlər uğursuzdur və bunu edənlərə qarşı ciddi tədbirlər görüləcək.

İdarə Heyətinin sədri gündəlik olaraq avtobusların qarajlardan çıxışına nəzarətin gücləndirilməsi, resyqabağı texniki və tibbi müayinə ilə bağlı monitorinqlərin aparılmasına dair tapşırıqlar verib.

08.01.2021 11:35

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18