Azərbaycan şirkəti İran ərazisindəki terminalında aşırılan yüklərin həcmini artırıb
İran İslam Respublikası ərazisində yerləşən Astara yük terminalının operatoru olan “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Express” MMC burada aşırılan yüklərin həcmini artırıb.
MMC-dən verilən məlumata görə, 2020-ci ildə Astara terminalında aşırılan yüklərin ümumi həcmi 422 100 ton və ya 8918 vaqon təşkil edib ki, bu da 2019-u illə müqayisədə 16% çoxdur. Belə ki, 2019-cu ildə Astara terminalında aşırılam yüklərin ümumi həcmi 363 842 ton təşkil edib.
Məlumata əsasən, orta hesabla 2020-ci il ərzində Astara terminalında, gündəlik aşırılan yüklərin həcmi 1 384 ton və ya 29 vaqon təşkil edib.
Yüklərin növünə gəldikcə, 12 ay ərzində aşırılan yüklərin 37% taxta və taxta materialları, 20% tikinti materiallar (sement, klinker, kafel və s.), 13% meyvə və tərəvəzlər, 11% konteyner, 8% dənli bitkilər (arpa, taxıl, buğda və mərci), 11% isə digər yüklərə aid olub.
Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Astara yük terminalından keçən yüklərin əksəriyyəti Rusiya və İrana aiddir. Ötən ilin 12 ayı ərzində buradan keçən yüklərin 75% Azərbaycan ərazisindən nəql edilən tranzit yüklərin payına düşüb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
2 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























