“Gardashlar Mebel” şirkəti “YAŞAT” fonduna yardım etdi
“Gardashlar Mebel” şirkəti ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı yaralananların və şəhid olanların ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” fonduna vəsait köçürüb.
Xatırladaq ki, "Gardashlar Mebel" hər zaman xeyriyyə kampaniyalarında yaxından iştirak etmişdir.
Şirkət daha öncə “Koronavirusla Mübarizəyə Dəstək Fondu” və Azərbaycan Ordusuna dəstək üçün “Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fondu”na da müəyyən məbləğdə ianə köçürmüşdür.
“Gardashlar Mebel” şirkəti olaraq ölkədə fəaliyyət göstərən bütün sahibkarları bu təşəbbüsə qoşulmağa dəvət edirik. Biz hər zaman cənab Ali Baş Komandanımız İlham Əliyev və xalqımızın yanındayıq. 44 Günlük Vətən Müharibəsi zamanı bir sıra əməkdaşlarımız torpaqlarımızın işğaldan azad olması uğrunda gedən döyüşlərdə iştirak etmək üçün ordu sıralarına qoşularaq könüllü döyüş bölgəsinə yollanmışdır. Bu müddətdə Şirkətimiz tərəfindən əməkdaşlarımızın iş yeri və əmək haqqısı tam saxlanılmış, eyni zamanda ailə üzvlərinin maddi vəziyyəti ilə yaxından maraqlanılmışdır", -deyə şirkət rəhbəri Əli Mirzəyev bildirib.
Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi ianələr habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.
Qeyd edək ki, hazırda pandemiya ilə əlaqədar olaraq Gardashlar Mebel fəaliyyətini onlayn formada davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
21 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 22 saat əvvəl
-
23 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























