Bakı və Xırdalanda Yeni il münasibətilə yarmarka keçiriləcək - ÜNVANLAR
21-31 dekabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Kənddən Şəhərə” Qış yarmarkası təşkil olunacaq.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Bakı və Abşeron ərazisində 3 fərqli ünvanda baş tutacaq yarmarkada əvvəlcədən qeydiyyatdan keçmiş 100-dən artıq fermer kənd təsərrüfatı məhsullarını münasib qiymətlərlə satışa çıxaracaq.
Yarmarkanın təşkilində əsas məqsəd bayram ərəfəsində şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını təbii məhsullarla dolğun şəkildə qarşılamaq və fermerlər üçün alternativ satış kanalı yaratmaqdır.
Yarmarkanın təşkili zamanı koronavirus pandemiyasına görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qoyulan karantin rejimi tələblərinə tam əməl olunacaq. Belə ki, yarmarkanın baş tutduğu ərazilərdə mütəmadi olaraq dezinfeksiya işləri həyata keçiriləcək, tibbi-profilaktik vəziyyətə, o cümlədən vətəndaşlar arasında sosial məsafənin saxlanılmasına xüsusi nəzarət ediləcək. Həmçinin, fermerlərin və yarmarkanı ziyarət edən vətəndaşların temperaturları ölçüləcək, yarmarka ərazisində dezinfeksiya edici məhsullar yerləşdiriləcək, fermerlər zəruri tibbi ləvazimatlarla (tibbi maska, əlcək, spirt və s.) təmin olunacaqlar.
Xatırladaq ki, “Kənddən Şəhərə” Qış yarmarkasında iştirak tamamilə ödənişsizdir. Burada fermerlər heç bir əlavə xərc sərf etmədən piştaxta, tərəzi və digər avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən loqistika dəstəyi göstəriləcək. Yarmarkada məhsulların qiyməti digər topdan və pərakəndə satış məntəqələrindəki ilə müqayisədə xeyli münasib olacaq.
Qeyd edək ki, Nərimanov rayonunda təşkil olunacaq (Gənclik metro stansiyasının yanı) yarmarka ərazisində ATT və TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) tərəfindən yenidənqurma işləri aparılıb, müasir tələblərə cavab verən infrastruktur yaradılıb.
“Kənddən Şəhərə” Qış yarmarkasının baş tutacağı digər iki ünvan isə aşağıdakılardır:
Binəqədi rayonu, Süleyman Sani Axundov 5B (İnqilab kinoteatrının yanı)
Xırdalan şəhəri, Heydər Əliyev prospekti 41A
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
30 d. əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
37 d. əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
1 saat əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
1 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Ən çox oxunanlar
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir







.jpg)






.jpg)










