Aktivlərindən ən yaxşı istifadə edən banklar - SİYAHI
Azərbaycanda fəaliyyət göstərən 26 bank bu ilin 9 ayını 512,8 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il oktyabrın 1-nə malik olduqları 30 milyard 619 milyon manat məbləğində aktivlərin 1,7%-i qədərdir.
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, yanvar-sentyabr aylarından mənfəətlə çıxmış 23 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Kapital Bank" ASC olub. Bu bankın əldə etdiyi mənfəət aktivlərinin 4,9%-ni təşkil edib. Baxmayaraq ki, "Kapital Bank" aktivlərinin məbləğinə görə ölkədə 2-cidir.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri isə ölkənin regional bankı – “Naxçıvan Bank” ASC tutub. Bu bank ötən 9 ayda aktivlərinin 2,8%-i qədər mənfəət əldə edib. Bu arada, "Naxçıvan Bank" aktivlərinin məbləğinə görə, 26 bank arasında 21-ci yerdə qərarlaşıb.
3-cü yerə isə “Express Bank" ASC sahib çıxıb. Bu bankın 9 aylıq mənfəəti aktivlərinin 2,4%-i qədər olub. Halbuki, "Express Bank" aktivlərinin məbləğinə görə, banklar arasında 19-cudur. Mənfəətlə işləyən qalan 20 bankdan isə 1-də sözügedən göstərici 2,2%, 7 bankda 1-2% arasında, 12 bankda isə 1-2% arasında dəyişir.
№
|
Bankın adı
| Bankın 9 aylıq mənfəətinin /zərərinin aktivlərinə nisbəti |
1 | Kapital Bank | 4,9% |
2 | Naxçıvan Bank | 2,8% |
3 | Express Bank | 2,4% |
4 | Bank of Baku | 2,2% |
5 | Azərbaycan Beynəlxalq Bankı | 1,7% |
6 | Unibank | 1,5% |
7 | Bank VTB Azərbaycan | 1,4% |
8 | PAŞA Bank | 1,2% |
9 | Premium Bank | 1,1% |
10 | Xalq Bank | 1,1% |
11 | İran Milli Bankı - Bakı | 1,0% |
12 | Zıraat Bank Azərbaycan | 0,7% |
13 | Azərbaycan Sənaye Bankı | 0,5% |
14 | Bank Respublika | 0,5% |
15 | Yapı Kredi Bank Azərbaycan | 0,4% |
16 | Rabitəbank | 0,4% |
17 | Access Bank | 0,3% |
18 | AFB Bank | 0,3% |
19 | Turan Bank | 0,3% |
20 | Bank Avrasiya | 0,1% |
21 | Bank BTB | 0,1% |
22 | Günay Bank | 0,1% |
23 | Azər-Türk Bank | 0,0% |
24 | Muğan Bank | -0,3% |
25 | Pakistan Milli Bankı - Bakı | -2,6% |
26 | Yelo Bank | -5,2% |
Renkinq
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 12 d. əvvəl
- 34 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycan neftinin son qiyməti
Qızılın qiyməti 5 min dolların üzərində qalmaqda davam edir
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz









.jpg)












