Rusiyaya pomidor və xiyar satanlara pis xəbər - "5-6 İL ƏRZİNDƏ..."
Rusiya tərəvəz idxalını yerli istehsal ilə əvəz etmək üçün işlərini sürətlə davam etdirir. 5-6 il ərzində istixana istehsalının idxalı əvəz etməsi hədəflənir.Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Analiz Mərkəzi, Rusiyadakı tərəvəzçilik istiqamətində istixana istehsalının həcminin qarşıdakı 5-6 il ərzində bu gün idxal edilən səviyyəyə çata biləcəyini açıqlayıb.
Marja xəbər verir ki, Mərkəzin sədri Dmitriy Aveltsov, "Maksimum pomidor idxalı 550 min ton, xiyar idxalı isə 100 min ton ətrafındadır. İstixanaların inkişaf dinamikaları davam etsə qarşıdakı 5-6 il ərzində bütün idxalı öz istehsalımızla əvəz edə biləcəyik" deyib.
Yalnız 2021 - 2024-cü illər arasında həyata keçiriləcək layihələrin tərəvəz istehsalını ildə 800 min tona qədər artıracağını qeyd edən Aveltsov, istehlakçıların seçimləri səbəbilə idxalın bazardakı payının bir qisiminin qalacağını vurğulayaraq bunları söyləyib:
"Ölkədə istixanaların istehsalı sürətlə artıb. Hazırda 73 yeni təsisin yaradılması, 7 mövcud təsisin modernləşdirilməsi daxil olmaqla təxminən 80 sərmayə layihəsinin olduğunu bilirik. İki il ərində 48 layihənin reallaşdırılması planlaşdırılır. Layihələrin həyata keçirilməsi üzrə 242 milyard rubl sərmayə yatırılacaqdır".
Aqrar Analiz Mərkəzinin məlumatına görə, Rusiya bu il cəmi 438 min ton pomidor idxal edib. Rusiyanın 2019-cu ildə pomidor idxalı 559 min ton təşkil edib və 2018-ci illə müqayisədə 3% azalıb. Əsas tədarükçülər Türkiyə, Azərbaycan və Çindir. İdxalın 60%-i bu ölkələrdən həyata keçirilir.
Rusiyanın xiyar idxalı isə bu ilin 11 ayında 54 min ton, 2019-cu ildə isə təxminən 100 min ton olaraq reallaşıb.Əsas tədarükçülər Çin, İran, Belarusun keçən ilki payı 60% olub.
Yerli pomidorun daxili bazardakı payının 73%, xiyarın isə 89% olduğunu qeyd edən Aveltsov, keçən il Rusiyadakı istixana tərəvəzləri istehsalının 2018-ci illə müqayisədə 13% artaraq təxminən 1.3 milyon ton təşkil etdiyini bildirib.
Aveltsov, bu rəqəmin bu il 1.5 milyon tona çata biləcəyini, sektordakı müsbət meylin davam etməsi vəziyyətində istehsalın 2 milyon ton təşkil edə biləcəyini qeyd edib.Aveltsov, Rusiyanın pomidor ixracının 11 ayda 18.6 min ton olaraq reallaşdığını və əsas alıcıların MDB ölkələri başda olmaqla Birləşmiş Ərəb Əmirlikləri, Yaponiya, Almaniya və Yunanıstan olduğunu qeyd edib.
Qeyd edək ki, 2020-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 173 milyon ABŞ dolları məbləğində pomidor ixrac edilib. Pomidorin böyük hissəsi Rusiyaya göndərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
8 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
8 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
8 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 9 saat əvvəl
-
9 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir























