Alphabet ilə Google-ın gəlirləri və mənfəəti artıb
ABŞ-ın texnologiya nəhənglərindən Google və baş təşkilatı Alphabet-in bu ilin ilk rübündə xalis mənfəəti və gəlirləri artıb.
"Marja" xəbər verir ki, Alphabet-dən verilən məlumata görə, şirkətin bu ilin ilk rübündəki xalis mənfəəti keçən ilin eyni dövrünə nisbətən 29 faiz artaraq 5,43 milyard dollar olub. Şirkət, 2016-nın yanvar-mart dövründə 4,21 milyard dollar xalis qazanc açıqlamışdı.
Ötən ilin ilk rübündə 20,26 milyard dollar gəlir əldə edən Alphabet-in, bu ilin eyni dövründəki mədaxili də 22,2 faiz artımla 24,75 milyard dollara çıxıb.
Alphabet-in tərkibində olan Google-ın da xalis mənfəət və gəlirlərində də artım qeydə alınıb.
Şirkətin bu ilin ilk üç ayındakı xalis mənfəəti 21,8 faiz artımla 7,6 milyard dollara yüksəlib. Google, 2016-nın eyni dövründə 6,24 milyard dollar xalis mənfəət açıqlamışdı.
Google-ın gəliri, keçən ilin yanvar-mart dövründə 20,1 milyard dollar ikən, bu ilin ilk rübündə 21,9 faiz artımla 24,5 milyard dollara çatıb.
Bundan başqa, Google-ın reklam gəlirləri, bu ilin ilk rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 18,9 faiz artımla 21,4 milyard dollara yüksəlib. Şirkətin reklam gəlirləri keçən ilin ilk rübündə 18 milyard dollar idi.
Alphabet-in bu ilin ilk rübünə dair balansının güclü çıxması ilə, şirkətin səhmləri Nyu-York Birjasının bağlanmasının ardından baş verən məhdud əməliyyatlarda 5,1 faiz dəyər qazanaraq 937 dollara yüksəlib.
Mütəxəssislər, bu gün Nyu-York Birjasının açılmasından sonra Alphabetin səhmlərində yenidən artım görülə biləcəyini vurğulayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)






