Ev almaq istəyənlər üçün sərfəli kredit imkanı
(®️) Müştərilər üçün fərqli üstünlüklər yaradan Azərbaycan Beynəlxalq Bankı daha bir sərfəli məhsulu bazara təqdim edib. Ölkəmizdə bir ilk olan bu məhsul “Əmanətli ipoteka krediti” adlanır. Bu məhsul həm müştərilərin ölkənin etibarlı bankında sərfəli şərtlərlə yığım əmanəti yerləşdirməsinə və ipoteka kreditinin ilkin ödənişini toplamasına şərait yaradır, həm də güzəştli şərtlərlə mənzil almaq ehtiyacını təmin edir.
Müştəri Azərbaycan Beynəlxalq Bankında “Əmanətli ipoteka krediti” hesabı açaraq ora hər ay müəyyən məbləğdə vəsait yerləşdirir. Hesaba mədaxil edilən aylıq yığım məbləği minimum 300 manat olmalıdır. Hesabda toplanmış vəsaitlərə əmanət şərtlərinə uyğun illik faizlər hesablanır.
Əmanət müqaviləsi müştərinin istəyindən asılı olaraq 12, 24 və 36 ay müddətinə bağlanır. Müştəri bu müddətdə vəsaitlərini etibarlı bankda qoruyub eyni zamanda əmanət müddətinin sonunadək yığım məbləğini ödəmək imkanı ilə faiz gəlirləri əldə edir. Əmanət müddəti başa çatdıqdan sonra isə yığılmış əmanətlə istədiyi mənzilin dəyərinin bir hissəsini ilkin ödəniş qismində ödəmək imkanına malik olur. Üstəlik, ipoteka kreditini almaq üçün güzəştli şərtlərdən faydalanmaq imkanı da qazanır.
Belə ki, bu məhsuldan faydalanan müştəri ipoteka kreditini 10%-dən başlayan ilkin ödənişlə və endirimli illik faiz dərəcəsi ilə (9%-dən başlayaraq) əldə edir. İpoteka kreditinin maksimum məbləği 300.000 manatdır. Kreditin rəsmiləşdirilməsi zamanı komissiya haqqı tutulmur. “Əmanətli ipoteka krediti”ndən əmək haqqı alan və aylıq yığım imkanına malik olan hər kəs faydalana bilər.
Məhsul haqqında daha ətraflı məlumatı buradan əldə etmək və kalkulyator vasitəsilə hesablama aparmaq olar.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)









.jpg)








