Tbilisidə mikromaliyyə təşkilatının ofisinə silahlı basqın - 9 nəfər girov götürülüb - YENİLƏNİB
Tbilisidə mikromaliyyə təşkilatının binasına hücum edən şəxs tələblərini səsləndiribTbilisidə mikromaliyyə təşkilatının binasına hücum edən şəxs tələblərini səsləndirib.
Basqın edən şəxsin videomüraciəti girov götürülən şəxslərdən birinin yardımı ilə çəkilib və sosial şəbəkədə paylaşılıb.
Videoda basqınçı millət vəkillərinin parlamentə toplanmalarını və üç qanun qəbul etmələrini tələb edib. Bildirib ki, bu qanunlara əsasən Gürcüstan daxilində qumar oyunlarının keçirilməsinə qadağa qoyulmalı, kredit faizləri 7%-ə endirilməli və mövcud krediti olan şəxslərin borcu da 7%-lə hesablanmalı və əczaxanalarda dərmanların qiyməti endirilməlidir. Basqın edən şəxsin üzündə maska olmadığından şəxsiyyətinin müəyyən edilməsinin mümkün olduğu bildirilir.
XXX
Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə "MBC" mikromaliyyə təşkilatının binasına silahlı basqınla bağlı məlumat yayıb.
Patrul Polisi Xidmətinin rəhbəri Vaja Siradze bildirib ki, paytaxtın Tsereteli prospektində yerləşən yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən mikromaliyyə təşkilatının binasına bir nəfər silahlı şəxs basqın edib.
"Bizdə olan məlumata görə, hazırda təşkilatın ofisində 9 girov və bir silahlı basqınçı var. Faktla əlaqədar oğurluq və qeyri-qanuni odlu silah daşıma maddələri ilə cinayət işi açılıb", - deyə V. Siradze bildirib.
Mikromaliyyə şirkəti MBC açıqlama yayıb:
"Mövcud hadisə barədə bir açıqlama vermək istəyirik: şirkətimiz hər şeyi Daxili İşlər Nazirliyi ilə əlaqələndirdi, onların təlimatlarına uyğun hərəkət edirik. Prosesi dinc şəkildə başa çatdırmaq üçün əlimizdən gələni edəcəyik. Bu vəziyyətdə MBC-nin əsas vəzifəsi işçilərin sağlamlığı və təhlükəsizliyidir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
22 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 22 saat əvvəl
-
23 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























