“Azərbaycan Dəmir Yolları”nın zərəri azalıb - MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
“Azərbaycan Dəmir Yolları” QSC 2019-cu ili 228 milyon 418 min manat zərərlə başa vurub.
Qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 38,6 % azdır.
Ötən il ADY-nin əməliyyat gəlirləri 406 milyon 39 min manat (illik müqayisədə təxminən eyni), əməliyyat xərcləri 459 milyon 504 min manat (11,1 % az), digər xərcləri 171 milyon 17 min manat (34 % az), mənfəət vergisi ödəmələri isə 3 milyon 783 min manat (2,4 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə ADY-nin aktivləri 4 milyard 856 milyon 831 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 14,2 % çoxdur. Bunun 4 milyard 127 milyon 678 min manatı qurumun əmlak, tikili və avadanlıqlarının dəyəridir. 2019-cu ildə bu rəqəm 18,25 % artıb.
Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 1,9 % azalaraq 2 milyard 978 milyon 916 min manata düşüb, balans kapitalı isə 54,4% artaraq 1 milyard 877 milyon 915 min manata çatıb.
Xatırladaq ki, ADY ölkə Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 906 milyon 62 min manatdır. Səhmdar cəmiyyəti 100 % dövlətə məxsusdur.
Marja.az Telegramda: https://t.me/marjaaz
"Report"
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























