Pakistanla Azərbaycan arasında birbaşa reyslər açılır
Pakistan səfiri və AZAL-ın prezidenti yeni reyslərin açılmasını müzakirə etdilərBu gün səhər Pakistanın Azərbaycandakı səfiri Bilal Hayenin AZAL-ın prezidenti Cahangir Əsgərovla görüşü keçirilmişdir.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Marja-ya daxil olmuş məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Pakistan arasında mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin sərnişin axınının və yük daşımalarının artırılması üzrə perspektiv planları müzakirə etmişlər.
Səfir Cahangir Əsgərova bildirdi ki, 2019-cu ildə 40 mindən artıq Pakistan vətəndaşı Azərbaycanı ziyarət etmişdir və COVID-19 pandemiyası sona çatdıqdan, eləcə də beynəlxalq uçuşlarla bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu rəqəm daha da artacaqdır.
Eyni zamanda, səfir Azərbaycan vətəndaşlarının turizm məqsədilə və ticarətin inkişafı üçün Pakistana səyahətə böyük maraq göstərdiklərini də qeyd etdi.
Danışıqlar zamanı Cahangir Əsgərov qeyd etdi ki, birbaşa hava əlaqəsinin açılması iki ölkə arasında turizmin və işgüzar münasibətlərin inkişafına əlavə təkan verəcək.
2020-ci ilin yanvar ayında Azərbaycan və Pakistanın Milli aviadaşıyıcıları arasında imzalanmış Kod-şerinq sazişini xatırladan Cahangir Əsgərov beynəlxalq hava əlaqələri bərpa edildikdən sonra, hər hansı məhdudiyyət qoyulmadan, hər iki ölkənin istənilən hava limanına müntəzəm sərnişin reyslərinin həyata keçirilməsini təklif etdi.
Pakistanla Azərbaycan arasında birbaşa reyslərin açılmasına tələbat çoxdan yaranmışdır. Birbaşa reyslər uçuş vaxtını ən azı üç saatadək azaltmağa imkan verəcək, iki qardaş ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da dərinləşdirilməsinə zəmin yaradacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
12 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 39 d. əvvəl
- 43 d. əvvəl
- 45 d. əvvəl
- 47 d. əvvəl
- 51 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir







.jpg)








.jpg)






