“Samsung” yenidən smartfon satışında lider olub
Bu ilin III rübündə Cənubi Koreyanın “Samsung Electronics” şirkəti yenidən qlobal smartfon bazarında lider olub.
Bu barədə “Counterpoint Research” beynəlxalq təhlil şirkəti məlumat yayıb.
Bildirilib ki, rüb ərzində “Samsung” bazarın 22%-nə nəzarət edib. Növbəti yerlərdə Çinin “Huawei” (14%), “Xiaomi” (13%), ABŞ-ın “Apple” (11%), Çinin “Oppo” (8%) şirkətləri qərarlaşıb. Beləliklə, Koreya şirkəti II rübdə “Huawei”ə “təhvil verdiyi" “smartfon liderliyi”ni yenidən özünə qaytarıb.
“Samsung”un öndə getməsinə səbəb kimi “Galaxy” smatrtfonlarının A seriyasının ABŞ-da, M seriyasının isə Hindistanda geniş rəğbət qazanması göstərilir. Eyni zamanda yeni "iPhone12"nin də bazarda müsbət qarşılandığı nəzərə alınaraq “Apple” şirkətinin IV rübdə bazardakı mövqeyini gücləndirəcəyi güman edilir.
Ümumilikdə III rübdə dünyada 366 milyon smartfon satışa çıxarılıb ki, bu da II rübə nisbətən 32% çoxdur.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
5 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
-
37 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub





















