“Fitch” agentliyi “PASHA Yatırım Bankası” A.Ş-nin reytinqini yenidən nəzərdən keçirib
Beynəlxalq kredit reytinqi agentliyi olan “Fitch” Türkiyə-Azərbaycan-Gürcüstan "üçbucağında" korporativ və investisiya bankçılığı xidmətləri təklif edən “PASHA Yatırım Bankası A.Ş”-nin uzunmüddətli milli kredit reytinqini “BBB+” səviyyəsindən “A-” səviyyəsinə qaldırmış, Bankın proqnozlarını “sabit” proqnozlar kimi müəyyən etmişdir.
Türkiyə-Azərbaycan-Gürcüstan üçbucağında ticarətin inkişafına töhfə vermək və bölgəyə investisiya yatıran müəssisələrə maliyyə və məşvərətçi dəstəyi təmin etmək məqsədilə investisiya və korporativ bank məhsulları və xidmətləri təklif edən “PASHA Yatırım Bankası A.Ş” 2015-ci ildən 2020-ci ilədək olan dövrdə davamlı artıma nail olmuşdur.
Bu dayanıqlı inkişafın təzahürü isə “Fitch” Beynəlxalq Kredit Reytinq Agentliyi tərəfindən “PASHA Yatırım Bankası A.Ş”-nin uzunmüddətli milli kredit reytinqinin “BBB +” səviyyəsindən “A-“ səviyyəsinə qaldırılması olmuşdur. Bu artımın səbəbinin “PASHA Yatırım Bankası A.Ş”-nin səhmdarları üçün strateji əhəmiyyəti və PASHA Bankının Türkiyədə eyni brendlə fəaliyyət göstərməsi sayəsində səhmdarların etibarlı maliyyə dəstəyinin davam edəcəyinə dair gözləntilərin olduğu bildirilmişdir. Agentliyin açıqlamasında Bankın son illərdəki balans artımının sektor üzrə orta göstəricidən yüksək, problemli kreditlərinin payının isə aşağı olması (2020-ci ilin iyun ayında 2,6%) və kapitalın yetərlilik əmsalının (2020-ci ilin iyun ayında % 25) gözlənilməz itkilərin təsirinin yumşaldılması üçün kifayət etdiyi qeyd olunmuşdur.
“BİZ BÖLGƏDƏ PASHA BANK BRENDİNİN TANINMASINA GÖRƏ BİRİNCİ BANK OLMAĞI QARŞIMIZA MƏQSƏD QOYMUŞDUQ.”
“PASHA Yatırım Bankası A.Ş”-nin İdarə Heyətinin üzvü və Baş Direktoru H. Cenk Eynehan çətin iqtisadi şəraitin hökm sürdüyü dövrdə Bankın reytinqinin “BBB +” səviyyəsindən “A-”səviyyəsinə yüksəldilməsindən məmnun olduğunu bəyan etmişdir: “Bugünkü reytinq artımı “PASHA Yatırım Bankası A.Ş”-nin dayanıqlı artım strategiyasının və səmərəli risk və balansın effektiv idarə edilməsinin nəticəsidir. Səhmdarlarımız olan ‘PAŞA Bank” ASC və “PAŞA Holdinq” MMC kapital artımına dəstək, o cümlədən uzunmüddətli maliyyə dəstəyi təmin etmələri və təsis olunduğumuz ilk güdən bəri bəri bizə olan inamları ilə daima bizi ruhlandırmışdırlar.”
H.Cenk Eynehan, həmçinin bildirmişdir: “Bölgədə PAŞA Bank brendinin tanınmasına görə birinci bank olmaq məqsədilə yola çıxdığımız 2015-ci ildən indiyədək məhsullarımızı və ödəmə şərtlərimizi şaxələndirməyə çalışmışıq. Müştərilərimizə əsasən layihələrin maliyyələşdirilməsi sahəsində korporativ və investisiya bankçılığı, əks lizinq və aktivlərə əsaslanan qiymətli kağızların buraxılmasına diqqət yetirməklə xidmət göstəririk. Bankımızın “PASHA Group” a daxil olan digər maliyyə şirkətləri ilə sıx əməkdaşlıq etməyimiz də xarici ticarətdə və Türkiyə-Azərbaycan-Gürcüstan arasındakı investisiyalarda pay sahibi olmağımıza kömək edir.”
Hazırkı dövrədək ölkə daxilində Türk Lirəsi ilə istiqrazlar və faizsiz bondlarla (Sukuk) yanaşı, ABŞ Dolları və Avro ilə istiqrazlar buraxmaqla resurs strukturunu şaxələndirmiş “PASHA Yatırım Bankası A.Ş” iki xüsusi riskli investisiyalar fonduna sərmayə yatıraraq və kapital bazarlarını formalaşdırmaq üçün vəsait əldə etmək məqsədilə aktivlərə əsaslanan qiymətli kağızlar buraxaraq kənd təsərrüfatı müəssisələrinə kömək etməklə investisiya bankçılığı fəaliyyətini də genişləndirmişdir. “PASHA Yatırım Bankası A.Ş” gələcəkdə də kapital bazarında səmərəli rol oynamağa davam edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
11 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
11 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
12 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
12 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 13 saat əvvəl
-
14 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb









.jpg)











