"Hazırda qiyməti 3-4 manatadır, Dekabrda 6-7 manat olacaq"
Qərb bölgəsində ilk dəfə olaraq Tovuzda badamın kütləvi yığımına başlanılıb. Meyvə bağından yüksək məhsul götürən təsərrüfat sahibləri növbəti ildə badam bağının sahəsini bir qədər də artırmaq niyyətindədirlər.
Bu ildən qərb bölgəsinin bazarlarında yerli badamın satışı həyata keçiriləcək.
Badam ləpəsi yağlılığına və yüksək qidalılığına görə qiymətləndirilir. Bunu nəzərə alaraq Tovuzda bir neçə il öncə badamın İspaniyadan gətirilən sortundan bağ salan fermerlər indi onun bəhrəsini görürlər. Yığımın nəticəsi onu deməyə əsas verir ki, məhsuldarlıq yaxşıdır. Gənc fermer Rəşad Cəfərov badam ağacının 6 ildən sonra məhsuldarlığa düşdüyünü deyib. “
Üç hektar badam bağımız var. Tovuz rayonunda ilk dəfədir əkilib. Burada 5-6 yaşında olan ağaclar var. Əkdiyimiz ağacların tingləri İspaniyadan gətirilib. Məhsulun təxminən 20 faizi qoşaləpəli olur”, – deyə fermer bildirib.
Rəşad Cəfərov vurğulayıb ki, badam nə qədər çox saxlanılarsa, bir o qədər də baha qiymətə satılır. Amma yığıldıqdan sonra quruduqda çəkisini itirir. Badamı 3 ilədək saxlamaq olur. Hazırda bazarlarda badamın qiyməti 3-4 manatadır. Dekabra qədər saxlanıb satıldıqda isə 6-7 manat olacaq.
İnsan orqanizmi üçün olduqca xeyirli olan badamın ləpəsində 60-70 faizə qədər yağ, 25 faizə qədər zülal, 10 faizədək şəkər və müxtəlif vitaminlər var. Əl ilə yığılan bu bitkinin meyvəsi bir neçə gün qurudulandan sonra satışa çıxarılır.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 14 d. əvvəl
- 17 d. əvvəl
- 19 d. əvvəl
- 20 d. əvvəl
- 23 d. əvvəl
- 24 d. əvvəl
- 12 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Ən çox oxunanlar
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu







.jpg)




.jpg)





